Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunda DİNAMİKA... 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

Artıq 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.




Politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında bildirib ki, cənab Prezidentin təklifinin 130-a qədər ölkə tərəfindən dəstəklənməsi Azərbaycan diplomatiyasının uğuru kimi sayıla bilər. Analitik qeyd edib ki, ölkə başçısı uzun müddətdir, pandemiya dövründə ardıcıl təşəbbüslərlə çıxış edir:

“Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon vəsait ödədi. Bu vəsaitin verilməsindən məqsəd Qoşulmama Hərəkatı ölkələrinin tibbi baxımdan zəif olan dövlətlərinə yardımın edilməsi idi. Azərbaycan həmçinin 30-a qədər ölkəyə humanitar yardım göstərdi. Pandemiya dövründə Azərbaycan İrana 5 milyon dollarlıq yardım etdi. Ölkə başçısı daxildə olduğu kimi xaricdə də bir sıra ardıcıl təşəbbüslərlə çıxış etdi. Bu təşəbbüslər nəticəsində Azərbaycanın beynəlxalq münasibətlərdəki oynadığı rola dinamika, yeni imic gətirildi”.