Elnur Eltürk dəbdəbəli toylardan YAZDI: “Yəqin, koronavirusdan sonra sıradan çıxar”

“Toy mərasimləri yeni ailə həyatı quran insanlara iqtisadi baxımından əlavə problemlər yaradır”


“Yəqin ki, koronavirusdan sonra dəbdəbəli toylar sıradan çıxar. Onsuz heç bir mənası da yoxdur”.
“Sherg.az” xəbər verir ki, bu sözləri öz Feysbuk hesabında diaspor məsələləri üzrə mütəxəssis Elnur Eltürk yazıb. Onun sözlərinə görə, toy mərasimləri yeni ailə həyatı quran insanlara iqtisadi baxımından əlavə problemlər yaradırdı:
“Üstəlik, bir ailənin toyda iştirakı 200 AZN-ə başa gəlirdi. Ayda 1000 AZN əmək haqqı olan şəxs, onun 500 AZN-i toylara xərcləyirdi. Bunun özü absurddur. Koronavirusdan sonra dünya iqtisadiyyatının özünü bərpa etməsinə ən azı bir neçə il vaxt lazım olacaq. Bu isə iqtisadi-sosial problemlər deməkdir”.