Qazaxıstanda neft ixracı artıb


Cari ilin yanvar-iyul aylarının yekunlarına görə Qazaxıstanda neft və kondensat hasilatı 51,5 milyon ton təşkil edib. Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib ki, ötən ilə nisbətən bu göstərici 1,4 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, yanvar-iyul aylarında neft ixracı 42 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 0,4 faiz yüksəkdir.

Xatırladaq ki, Qazaxıstan aprel ayında “OPEC+” müqaviləsi çərçivəsində may-iyul aylarında gündəlik neft hasilatını 9,7 milyon barrel azaltmaqla bağlı yeni öhdəliklərə qoşuldu.