Paşinyan “çox bildiyindən” tora düşdü... – Sualların qarşısında “əzildi” 

“Paşinyan nəinki sərsəmlədi, hər şeyi üzünə-gözünə bulaşdırdı”


Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqları davam edir. Bu dəfə o, Britaniyanın BBC-nin "Hard Talk" proqramında özünü sözün əsl mənasında, rüsvay edib. Proqramın aparıcısı Stiven Sakur, sanki ,qarşısına Paşinyanı "edam" etməyi qoymuşdu.
Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib.
O, daha sonra deyib: "Hər gərginləşmədən sonra beynəlxalq icma hadisənin iki versiyasını dinləyir. Buna görə də təmas xəttində monitorinq sisteminin quraşdırılmasına ehtiyac var".

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, Paşinyan hesab edir ki, "barışıq Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz": "Münaqişəni güc yolu ilə həll etməyə çalışan Azərbaycandır".

Paşinyanın acınacaqlı duruma düşməsi, eyni zamanda ingilis dilini pis  bilməsi, kəsərli suallar qarşısında mövqeyinin zəif olmasından irəli gəlir. Müsahibə Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi.

Bir sözlə, Paşinyan Münhen konfransındakı biabırçılığı daha kəskin formada təkrarladı. Jurnalistin qarşısında aciz duruma düşən Paşinyan, görəsən dövlət və hökumət başçıları ilə  ikitərəfli və çoxtərəfli danışıqlar formatında hansı biabırçı vəziyyətə düşür?

Prosesi “Sherg.az”şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, Paşinyan özünü həddindən artıq ağıllı hesab eləsə də, BBC-nin proqramında biabırçı duruma düşdü. Politoloqun sözlərinə görə, Paşinyan bilmədiyi bir məsələləri qatıb-qarışdırdı:

“Paşinyan həm dili sərbəst bilmirdi, həm də peşəkar siyasətçi olmadığına görə, siyasi anlaşılmazlıqlar o qədər çox idi ki, sərsəm bir müsahibə alındı.
Paşinyan 2 ildən artıqdır, baş nazirdir və dövlətə rəhbərlik edən bir insandır.

Onun zamanla məkanı dəyişik salması və müasir dövrdə özünü demokrat sayıb, insan hüquqlarının müdafiəçisi kimi təqdim etməsi ilə öz xislətindən kənara çıxa bilmədi. Suallardan yayındı və özünə uyğun olaraq düşündüyü kimi cavablandırdı”. 

C.Nuriyev qeyd edib ki, Paşinyan bu günə qədər Azərbaycanın gündəmə gətirdiyi iddiaların əsassız olduğunu bildirdi. Beləliklə sarsaqlamağa davam etdi:

“Bu adam erməni xislətinə uyğun olaraq hərəkət edir. Təəssüf ki, həmin siyasət yenə davam edir. Son hadisələrin gedişi göstərir ki, Paşinyan Ermənistanın növbəti provakat rəhbərlərindən biridir.

Çünki bütün dünya çox gözəl bilir ki, Tovuzda baş verənləri hazırlayan ruslar idi. Bu gün də erməniləri birbaşa Azərbaycana qarşı kökləyən Rusiya dövlətidir.

Cənab Prezidentin Putinə etdiyi telefon zəngində Prezidenimiz gündəmə gətirdi ki, məhz ayın 17-dan başlayaraq Rusiya Gürcüstan üzərindən icazə almadığı üçün hava məkanı kimi artıq Qazaxstan, Türkmənistan və İranın hava məkanı kimi istifadə edib. 

400 tondan çox  hərbi sursatı İrəvana daşıyıb. Bütün bunları bildiyi üçün Paşinyan nəinki sərsəmlədi, hər şeyi üzünə-gözünə bulaşdırdı. Təəssüf ki, Azərbaycan kimi bir dövlətin belə səfeh və səviyyəsiz, düşməni var”.