Oğlunu itirən İbrahim Borçalının içacıdan FOTOLARI : "Dəhşətə gəldim..." 

Bir ay əvvəl oğlu Rəhimi avtomobil qəzasında itirən tanınmış müğənni İbrahim Borçalının içacıdan şəkilləri yayılıb.
“Sherg.az”xəbər verir ki, müğənni Damlanın prodüseri Şamil İ.Borçalının fotolarını paylaşaraq bu sözləri yazıb: 


“40 gün ərzində övlad itkisi bu qədərmi qocaldar atanı? Atanın belini bu qədərmi bükər? Fotonu gördüyüm ilk an tanımadım. Diqqətlə baxdım yenə tanımadım, amma kiməsə bənzətdim. Dəhşətə gəldim ki, bu İbrahim Borçalıdırmı? Allah sənə güc versin, qardaş. Canın necə yanıbsa, görməmək mümkünsüzdür”.