Gələcəyin eynəyi...

Yaxın gələcəkdə yeni tədris üsuluna start veriləcək


Bir müəllimin sinif qarşısında dayanıb nitq söylədiyi günlər artıq geridə qalır.
“Sherg.az” xarici KİV-lərə istinadən xəbər verir ki, “Space” adlı gözlüklər vasitəsilə yaxın gələcəkdə yeni tədris üsuluna start veriləcək.
Belə ki, Şimali Amerikada 800-dən çox tədris ocağında aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, tələbələr bu eynəklər vasitəsilə təcrübə ilə yanaşı, yüksək biliklər əldə etmək imkanına da sahib ola bilirlər. 

Alətdən istifadə edən təhsil işçiləri bildiriblər ki, tələbələr onun vasitəsilə dərs materiallarını daha yüksək səviyyədə qavrayırlar. Onlar bunun tələbələrin biliklərini mükəmməlləşdirəcəyinə inanırlar.

Çünki bu eynəklər tələbələrə həm fərdi, həm də birgə öyrənmə imkanı verir. 

Qeyd edək ki, aparılmış təcrübə nəticəsində bəlli olub ki, onlar nəinki tibb sahəsində, hətta bir çox sahələrdə özünü doğruldur.

Hazırda 1 milyondan artıq istifadəçisi olan bu alətin yaxın gələcəkdə, məktəblərlə yanaşı uşaq bağçalarında da istifadəsi mümkün olacaq.