Parasetamolun mənfi təsirləri də var

Həkim məsləhəti olmadan istifadəsi qadağandır

Koronavirus xəstələri simptomları aradan qaldırmaq üçün parasetamol qəbul edə bilərlər. Ancaq bu riskli davranma istəyi onları evdən çıxmağa və insanlarla görüşməyə təşviq edə bilər. Ohayo Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, parasetamol insanı riskli davranışlar sərgiləməyə təhrik edə bilər. Araşdırmada 500 könüllü iştirak edib. Onlardan yarısı 1000 mq parasetamol, yarısı isə plasebo qəbul edib. Daha sonra alimlər onlara pul qarşılığında şar şişirmək tapşırıblar. Belə ki, şar nə qədər böyük şişirdilsə, iştirakçı daha çox məbləğ alır. Əgər şar partlasa, iştirakçı heç bir vəsait əldə etmir. Müəyyən edilib ki, parasetamol qəbul edənlər şarları daha güclü şişirməyə risk ediblər.
Nəticədə dərman qəbul edənlərin şarları plasebo qəbul edənlərlə müqayisədə daha çox partlayıb. Daha sonra iştirakçılar idman tədbirlərinə getmək və ya təhlükəsizlik kəməri olmadan avtomobil idarə etmək kimi müxtəlif hipotetik hadisələrin risk dərəcəsini qiymətləndirdikləri anketləri də doldurublar. Və yenə də parasetamol qəbul edənlər risk hissini yaşayıblar.

Bu təsirin səbəbləri hələ müəyyən edilməyib. Bu nəticələr COVID-19 pandemiyası fonunda narahatlıq yaradır. Belə ki, koronavirus xəstələri simptomları aradan qaldırmaq üçün parasetamol qəbul edə bilərlər. Ancaq bu riskli davranma istəyi onları evdən çıxmağa və insanlarla görüşməyə təşviq edə bilər. Bu isə infeksiyanın yayılma ehtimalını artırır.



Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən həkim-pulmonoloq Ramin Nəriman bildirib ki, pandemiyanın lap əvvəlindən müalicə məqsədilə parasetamoldan istifadə olunub:

"Bu preparat COVİD-19-da qızdırmanı salmaq üçün ən uyğun dərmandır. Bu müddət ərzində pandemiya zamanı bu preparatdan istifadə edilib. Amma bu preparatın mənfi təsirləri də var. Həkim məsləhəti olmadan istifadəsi qadağandır. Çünki preparat cift və reproduktiv orqanlarda pozuntulara səbəb ola bilər. Bundan savayı, parasetamol sinir sistemi ilə bağlı xəstəliklərə də yol aça bilər. Bu preparatın yüksək dozalardan uzun müddət istifadə zamanı- hepatotoksik təsir, hemolitik anemiya, aplastik anemiya, methemoqlobinemiya və sair kimi əlavə təsirləri ola bilər".
Parasetamolun insanı riskli davranışlar sərgiləməyə təhrik edəcəyi məsələsinə gəlincə, həkim-pulmonoloq vurğulayıb ki, bu, yeni bir fikir olduğuna görə, bu barədə dəqiq fikir yürütmək hələ ki, tezdir.