Tofiq Yaqublu ev dustaqlığına buraxılıb - YENİLƏNİB

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
APA-nın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. 
Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. 

***

saat 16:11

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin özü iştirak etmir. 

Prosesdə anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılır.

Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

T. Yaqublu barəsində çıxarılan hökmə etiraz olaraq aclıq edir. O, Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.