Hamını sevindirən QƏRAR: "Tofiq bəyin ev dustaqlığına buraxılması müsbət addımdır" 

“Tofiq Yaqublu ilə bağlı ədalət yarımçıq da olsa öz yerini tapdı”.
Bunu “Sherg.az”a açıqlamasında AMİP Siyasi Şuranın üzvü Əli Orucov deyib. 
Partiya təmsilçisi deyib ki, ümumiyyətlə Azərbaycan məhkəmələri müstəqil olmalı, təsir altına girməməlidir: 
“Məhkəmələrn haqq-ədalətin yanında olmalıdır. Tofiq bəyin həbsdən ev dustaqlığına buraxılması müsbət qərardır. Ümid edirik ki, yaxın günlərdə dustaqlığı tamamilə qaldırılar və səhhəti düzələr. Əfsuslar olsun ki, müxtəlif iddialarla bir sıra şəxslərin həbsini təşkil edən və bununla dövlətimizi beynəlxalq aləmdə gözdən salmağa çalışan qüvvələr var. Onları ifşa edib zərərsizləşdirmək lazımdır. Tofiq bəyin həbsxanadan buraxılması hamımızı çox sevindirir. Bir məhkumun azadlığa qovuşmasından, ailəsinin yanında olmasından gözəl nə var ki? Allah bütün məhbusların qapısını açsın”.