Nefrotik sindromu niyə yaranır ? - Əlamətləri və qorunma yolları... 

"Nefrotik sindrom  böyrək yumaqcıqlarının müxtəlif səbəblərdən zədələnməsi nəticəsində filtrasiyanın pozulması ilə müşayiət olunan sindromdur. Bu səbəblər arasında da diabet, immun kompleks, infeksiya başlıca rol oynayır".  
Bunu "Sherg.az"a açıqlamasında nefroloq Müşfiq Bəbirov deyib. Həkimin sözlərinə görə,  nefrotik sindrom xəstədə özünü  4 əlamət ilə biruzə verir:

"Bu əlamətlərdən biri proteinuriya - sidikdə çox miqdarda zülalın olmasıdır. Digər əlamət isə qanda xolesterinin miqdarının artmasıdır ki bu da tibbdə hiperlipidemiya adlanır.


Qanda albuminin miqdarı azalır və  əl, ayaq və üzdə şişkinlik yaranır.
 
Onu da deyim ki, xəstəlik  zaman bir sıra patofiziolji hallar baş verir. Glomerulyar zədələnmə, məsamələrin böyüməsi, zülalların sidiyə keçməsi, qanın onkotik təzyiqinin düşməsi və  plazmanın toxumalara keçməsi tez-tez rast gəlinən hallardır. Bu zaman xəstədə  təngnəfəslik, yorğunluq hissi artır.

 Statistik olaraq nefrotil sindromu ən çox  şəkərli diabet xəstələrində müşahidə edilir.  Ona görə də bu xəstəliyi hər zaman ciddiyə almaq lazımdır".