Xaricdəki diplomatlarımıza cəbhədəki vəziyyətlə bağlı tapşırıqlar verildi - RƏSMİ

“Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə sentyabrın 27-də videokonfrans vasitəsilə müzakirələr apardıq”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov məlumat verib. 
O bildirib ki, videokonfransda diplomatlarla Ermənistanın növbəti təxribatları barədə müzakirələr aparılıb. 
Onun sözlərinə görə, görüşdə diplomatlara müvafiq tapşırıqlar verilib.