Vasif Məhərrəmli şəhid qohumundan yazdı

Tanınmış müğənni Vasif Məhərrəmli Silahlı Qüvvələrin baş leytenantı və hərbi tibb qulluqçusu, şəhid Adil Əfəndiyevin fotosunu paylaşaraq qohumu olduğunu açıqlayıb. 

“Şərq” xəbər verir ki, bu barədə sənətçi rəsmi instaqram səhifəsində yazıb. O, şəhid haqqında bunları söyləyib:

“Əziz qohumum, heyif səndən, ay Adil. Afət bacımın səninlə bağlı nə arzuları vardı. Hamısı puc oldu, getdi. Nə etmək olar? Vətən sağ olsun. Allah sənə rəhmət eləsin, torpağın yumşaq olsun”.

Qeyd edək ki,  A.Əfəndiyev oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhadətə qovuşub.