ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel bu gün vəzifəsindən istefa verdiyini elan edib.

Trend bildirir ki, bu barədə onun yazılı bəyanatında deyilir.

"Bu gözəl təşkilata başçılıq etmək mənim həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və gördüyümüz işlə çox fəxr edirəm", - Cina Haspel qeyd edib.