Mingəçevir sakini bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhəri mərkəzi stadionu yaxınlığındakı çayxanada baş verib.

Mübahisə zəminində 2004-cü il təvəllüdlü şəhər sakini Mərdanov Elmin Vüsal oğlu bıçaqlanıb.
Baldır nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.