Əsgərimiz niyə şəhid oldu? - AKTUAL ŞƏRH 

Bu gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Ermənistanın növbəti təxribatını “Sherg.az”a dəyərləndirib:

“Prezidentin Daşkəsəndən (Kəlbəcərin bir addımlığı) verdiyi bəyanatlar sübut etdi ki, atılan hər erməni gülləsinə 10 qat artıq cavab veririk. Və dünən ölkə başçısı sözləri ilə Ermənistanın güllələrinə qlobal stratejisi ilə cavab verdi.
Bəs nədir proses?. Çox sadə, erməni tərəfi uduzduğu müharibədə son patronlarını xərcləməkdədir. Bitmiş müharibədən sonra ikinci savaş olmayacaq, amma maraqlı bir proses gedir:

Qarabağ dərdi-səri, qan-qadası ilə Azərbaycanın içərisindən çıxıb (Dağlıq Qarabağ münaqişə termini kimi) Ermənistanın sərhəd boyu ərazilərində balaca-balaca Qarabağlar yaratmaqdadır. Yəni artıq Ermənistan "Qarabağlaşır".

Və bu gün ayağının tozu ilə Baş Qərargah rəisi təyin edilən Kərim Vəliyev ilk iclasında iştirakı zamanı ilk şəhidimizi verdi. Erməni tərəfi artıq Vəliyevi yaxşı tanıyır. Polad Həşimovun şəhid olması ilə bağlı xəbəri səsi boğula- boğula, dərin kədər içərisində verdiyi an bütün Azərbaycan ağlayırdı.
Ardınca isə başlayan müharibədə general Vəliyevin oynadığı rol...

Vəliyev bu gün öz kreslosuna əyləşdiyi anda Ali Baş Komandandan aldığı xüsusi tapşırığın icrasına başlayacaqdı.
Basarkeçərdən atılan güllənin cavabı Qərargah rəisinin ilk tapşırıq əmri olacaq. Çünki Ali Baş Komandandan əmr və tapşırıqlar daxil oldu. Gözləyək!”.