ABŞ qonşumuza "Javelin" göndərir

"Raytheon-Lockheed Martin" şirkətlər qrupu "Javelin" tank əleyhinə raketlər qrupunun istehsalı ilə bağlı Pentaqonla müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb.

İmzalanan müqavilənin dəyərinin 18,4 milyon dollar olduğu vurğulanıb.

Müqaviləyə əsasən, şirkət kompleksləri Gürcüstan, Ukrayna, Türkiyə, Avstraliya, Çexiya, Estoniya, Fransa, İndoneziya, İrlandiya, İordaniya, Litva, Yeni Zellendiya, Norveç, Oman, Qətər və BƏƏ üçün istehsal edəcək.