Xoşqədəm: "Gördüklərim uzun müddət məni narahat etdi"

"Müharibənin qızğın vaxtı Əfqanıstanda apardığım çəkilişlərdən bəzi hissələri paylaşıram. On günlük səfərdə gördüklərim məni uzun müddət narahat etdi". 

"Sherg.az" xəbər verir ki, bu sözləri İnstaqram hesabında aparıcı Xoşqədəm Hidayətqızı yazıb.

O, açıqlamasına bunları da əlavə edib:

"Ürkək, hər an oğurlanma qorxusu ilə gizlənməyə yer axtaran körpələr, palçıq daxmalardan çıxmayan qadınlar var idi. Unutmaq mümkünsüzdür. Dağıdılmış binalar, saraylar, evlər "Taliban"ın Əfqan xalqına qoyduğu izlər idi. İndi o cığırla yenidən geri döndülər.  Körpələr, savaşda xalqın gələcəyi üçün mübarizə aparıb ölən insanlar yazıqdır. İllərlə müharibə olsun və sonu bu cür bitsin. Qaranlığa bürünən Əfqanıstan..."

Xatırladaq ki, Əfqanıstan “Taliban” radikal hərəkatı tərəfindən tamamilə nəzarət altına alınıb.