Zaur Hacı Surxayı müdafiə etdi: "Siz Quranda yazılanlara əməl edirsinizmi?"

“Cümə” məscidinin axundu Hacı Surxayın növbəti açıqlaması sosisal şəbəkələrdə gündəm olub. O, Məhərrəmlik ayında ailə quranların 99 faizinin xoşbəxtliyinin,  övladlarının  sağlamlığının sual altında olduğunu söyləyib.  Axundun sözlərini əksər istifadəçi qəzəblə qarşılayıb.

Aparıcı Zaur Baxşəliyev isə Hacı Surxayı müdafiə edib.

“Sherg.az” xəbər verir ki, o, İnstaqram hesabında bunları yazıb:

“Görəsən ”Qurani-Kərim"də Aşura günü toy etmək olmaz sözü yazılmayıb" deyənlər Quranda yazılanlara riayət edirmi?. Fərz edək ki, siz düz deyirsiniz, belə bir qadağa yoxdur. Bəs insanlar Quranın günah bildiklərini niyə edirlər? Məsələn, spirtli içki içmək, zina, qeybət etmək , yetim haqqı yemək, “ev yıxmaq”,  ağ valideyn olmaq, başqasının haqqına girmək, yalan danışmaq, oğurluq etmək, və sair”.