"Farmaseptika mafiyasının bayramıdır" - Sahib Məmmədov

"Bir ay əvvəl 1 faiz olan yoluxma indi 24 faizə çatıb"

“Toyların bərpa olunmasını tələb edənlərin nədənsə səsi gəlmir. Rəsmi informasiya verilməsə də artıq məlumdur ki, yoluxub vəfat edənlərin ən azı 50 faizi toylarda yoluxanlardır”.


Bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyib. Hüquq müdafiəçisi bildirib ki, toylarda kütləvi yoluxma hallarına dair rəsmi məlumatlar verilmir, amma bu barədə müvafiq qurumlarda kifayət qədər informasiyalar var:
“Yeni ailənin qurulması yaxşıdır, amma bu halda neçə ailədə faciə baş verir, ailələr başsız qalır. Təəssüf ki, toylar "Covid" korrupsiyasına geniş yol açdı. Teleçəkilişlər görünütü üçün idi. Toylara istənilən qədər dəvət verilirdi, yoxlamaq filan da yox idi. Niyə belə idi? Onu da hamı yaxşı bilir. Digər iaşə müəssisələrində də vəziyyət eynidir. Restoranlar, qəlyanxanalarda heç kəs qaydalara əməl etmir. Dövlət xidmət sahələri də daxil olmaqla heç bir xidmət sahəsində elementar qaydalara əməl olunmur. Hər 100 testə 24 nəfərə yaxın yoluxma var. Dünyada hər 100 testə yoluxanların sayına görə birinci onluqda yer alırıq. Dekabrda belə olmamışdı. Bir ay əvvəl 1 faiz olan yoluxma indi 24 faizə çatıb. Farmaseptika mafiyasının bayramıdır”.