DİQQƏT! – “Ermənilər Feybsukun Azərbaycan seqmentinə daxil olurlar” – Nə etməli?!

Artıq ermənilər azərbaycanlı adı ilə Feybsukun Azərbaycan seqmentinə daxil olurlar. Onlar Azərbaycan dilini öyrənir, özlərinə feyk profil açmaqla azərbaycanlılara dostluq atırlar. Bu barədə yazıçı-jurnalist Azər Qismət status yazıb. O, hətta  2 minə yaxın erməni gəncinə bunun üçün ödəniş olunduğunu söyləyib:

“Naxçıvan, Mərkəzi Aran, Azərbaycanın şimal və cənub ərazilərinin ləhçəsini də öyrənirlər. Zəfəri, qəhrəmanlarımızı gözdən salmaq, Türkiyə-Azərbaycan münasibətini pozmaq, şəhidlərin nahaq yerə ölməsi təbliğatını genişləndirmək istəyirlər. Onlarla təsadüfən “inbox”da yazışsaz, bu, özünüz də bilmədən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq kimi qəbul ediləcək. Diqqətli olun”.

Məsələni “Sherg.az”a şərh edən İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov bunun qarşını almaq üçün bir sıra prosedurların olduğunu deyib:

“Sosial şəbəkələrdə yalandan yaradılmış səhifə istifadəçilər tərəfindən şikayət olunmalıdır. Məsələn, azərbaycanlılar görürsə, hesab feykdir, bir erməni açıb, o zaman şikayət etməlidirlər. Beləliklə, platformanın rəhbərliyi məsələni arşadırır, nəticə əldə olunduqdan sonra hesabı blok edir. Qısa müddətli, yaxud da həmişəlik əngəllənir.

Səhifənin real olmadığı aşkarlansa, birdəfəlik bağlanır. Bundan başqa bu, kütləvi  hal alırsa, artıq təxribatdırsa, Azərbaycanda həmin məsələlərlə məşğul olan icra orqanı sosial şəbəkənin rəhbərliyinə müraciət etməlidir.

Göstərməlidir ki, bu, siyasi məsələdir. Bilirsiniz,  4 il əvvəl Amerikadakı seçkilərdən sonra sosial şəbəkələrdə siyasətlə bağlı mövzular ciddi nəzarətdədir. Siyasətin sosial şəbəkələrə müdaxiləsinin qarşısı alınır. Azərbaycan  bunu sübut edərsə, həmin səhifələr  blok olunacaq, bağlanacaq”.