Şəhidin kədərli hekayəsi...

Əlləri donanda itinin nəfəsi ilə isinib

 Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Şimşək” əməliyyatında Pırtık adlı axtarış köpəyi ilə iştirak edən veterinar uzman çavuş Hüsaməddin Gökçe şəhid oldu. Ondan geriyə qalan avtomat darağından çıxan 2 saç teli və köpəyi Pırtıkdır. Şəhidin saç telinə nişanlısı İlayda, köpəyi Pırtığa isə əsgər dostları sahib çıxıb. Hazırda Pırtık mehmetciklə bir sırada vəzifəsini yerinə yetirir. Şəhidin nişanlısı İlayda Pırtıkla bağlı təsirli epizod danışıb. 

“Şərq” “Sabah.com.tr”yə istinadən bildirir ki, Hüsaməddin şəhid olduğu zaman köpəyi də yanındaymış. Bunu Hüsaməddinin əsgər yoldaşları ona deyib:

 “Hüsaməddin Pırtığı çox sevirdi. Şəhid düşdüyü gecə bölgədə hava yağmurlu idi. Silah səsləri də gəlirdi. Mənimlə danışırdı və dedi ki, əlləri donub, Pırtığın nəfəsiylə isinir. Dedi ki, Pırtık silah səsindən qorxmur, mərmiləri heçə sayır. 

Hər dəfə də “Vətəni qorumaq pulla, parayla olmaz. Vətən sevgisi lazım, ürək lazım”, deyərdi. Dediyi kimi də oldu. Ürəyi Vətən sevgisi ilə al qana boyandı”. Hüsaməddin şəhidlik zirvəsinə yüksəldiyi gecə yanında olan Pırtık da yaralanıb. Əsgər yoldaşları Pırtığı bir neçə gün sonra ac, susuz, yaralı halda tapıblar. 

Pırtık gözləri ilə hər yerdə Hüsaməddini axtarırmış. Şəklini göstərəndə hürüb, səs salırmış. Hüsaməddinin can dostlarına – qəhrəman mehmetciyə bir müddət sonra  isinişib, sağalıb, yenə mehmetciyə kömək edir; mina axtarır, terrorçuları yaxalayır.