Gələcəkdə kimlər daha çox pul qazanacaq? - Bill Qeyts açıqladı!

Dünyanın ən zəngin insanlarından biri olan Bill Qeyts gələcəyin peşəsinin nə olacağı ilə bağlı açıqlamalar verib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, “Microsoft”un həmtəsisçisi B.Qeyts iqlim böhranının təsirlərinə diqqət çəkərkən onun məhv edilməsinin dünyanı viran qoyacağını deyib. İqlim texnologiyası sahəsində çalışanların gələcəkdə böyük gəlirlər qazanacağını bildirən Qeyts, bu sektorda çalışanların “Google”, “Microsoft”, “Tesla” və “Amazon” kimi şirkətləri geridə qoyacağını bildirib.
İnsanların iqlim dəyişikliyi və iqlim texnologiyaları ilə maraqlanmalı olduğunu deyən Qeyts, xüsusilə, elektrik avtomobilləri, akkumulyator texnologiyaları və hidrogen mühərriklərinin əhəmiyyət qazanacağını bildirib.
 “İqlim sərmayələri hələlik risklidir, lakin önümüzdəki illərdə ön plana çıxacaq. İqlim texnologiyası asan bir sahə deyil. Bu, riskli bir işdir, lakin səbir edənlər əldə etdikləri qazanclara inana bilməyəcəklər”,- deyə o, onlayn konfransda bildirib.