Soylu: "Zəlzələ bölgələrinə 18 min jandarm, 10 minə yaxın polis göndərdik"

"Zəlzələ bölgələrinə 18 min jandarma, 10 min polis cəlb olunub. Daha 10 min jandarma da cəlb olunacaq".
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
"Kahramanmaraşda müəyyən edə bildiyimiz 941 bina tamamilə dağıdılıb. İndiyədək 600 həmvətənimizi dəfn etmişik", - Soylu deyib.