ANAMA: Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir

Ərazilərin təmizlənməsi zamanı ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib.

O bildirib ki, Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ kopyalarıdır, amma müəyyən dərəcədə fərqlənirlər.