Xəbər kirliliyinin qarşısını almaq lazımdır  - Ermənistanın saxta əks-sədası...

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. 

Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.

Sözügedən səfəri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli qeyd edib ki, diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama gəlməsinin bir neçə səbəbi var:

"Birincisi odur ki, dünyada xəbər kirliliyi var. Bunun qarşısını almaq lazımdır. Digər tərəfdən isə həm Ermənistan tərəfinin yaratdığı bir fon, yəni saxta əks-səda mövcuddur. Prezident İlham Əliyevin köməkçisi Hikmət Haciyevin dediyi vacib bir ifadə oldu ki, reinteqrasiyasını prosesi gündəmdədir. Onun tərkib hissəsinə bölgədəki separatçıların tərki-silah olunması aiddir. Görünən odur ki, Azərbaycan bu proses üzərindən baxır və davam etdirir. Ermənistanın yaratdığı narahatlıqlar beynəlxalq müşahidəçilərə izah edilir. Şübhəsiz ki, bölgədə yerində vəziyyətlə tanışlıq Azərbaycanın reinteqrasiyanı hansı formada davam etdirmə məqsədini açıq ortaya qoyur. Həm informasiya və hərbi savaşın tərkib hissəsidir, həm də bölgə üzərində böyük planlar qurmuş bütün tərəflərə ciddi siqnaldır".