Azərbaycan Türkiyə ilə addımlar atır: Ermənistanın törətdiyi təhdid...

Rusiya problemli məsələlərlə bağlı narahatlığını birbaşa Türkiyəyə çatdırır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Bakı ilə Ankara arasında fəal hərbi və hərbi-texniki əməkdaşlığı şərh edərkən deyib.

“Problemli məsələlərlə bağlı bütün narahatlığımızı suallar olan tərəfə çatdırırıq. Xüsusilə, siz indi Türkiyə haqqında danışdınız, biz bu məsələləri birbaşa onlarla müzakirə edirik. Bu, Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də aiddir”, - Zaxarova bildirib.

Həmçinin Zaxarova Ermənistan ərazisində "Vaqner" ÖHŞ ( Özəl Hərbi Təşkilat) olmağı fikirlərinin yalandan ibarət olduğunu vurğulayıb. 

M. Zaxarovanın fikirlərini şərh edən  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan ilə Türkiyə iki dövlət bir millətdir:

"İkinci Qarabağ savaşından sonra münasibətlər hərbi müttəfiqlik xarakteri daşıyır. Yəni, Azərbaycan ilə Türkiyə hərbi və  hərbi-texniki əməkdaşlığını genişləndirir. Bu isə bizim suveren hüququmuzdur. Tarixi köklərimiz, dostluğumuz, qardaşlığımız və xarici düşmənlər bizi buna vadar edir. Azərbaycan öz təhlükəsizliyini qorumaq məqsədilə Türkiyə ilə müvafiq addımlar atır. 
Ermənistan tərəfindən  təhlükəsizliyə təhdid törədilir və revanşist ideologiya baş qaldırır. Ona görə də biz müvafiq tədbirləri həyata keçirmək məcburiyyətindəyik. Lakin bununla yanaşı Qarabağ iqtisadi rayonu ətrafında cərəyan edən qondarma prezident seçkilərinin keçirilməsi, sistematik olaraq mövqeylərimizin atəşkəsə tutulması və fərtifikasiya qurğularınının quraşdırılmasına cəhdlər regionda gərginliyin artmasına səbəb olur. Azərbaycan qüdrətli orduya sahibdir və sistemli şəkildə təkmilləşdirilməsi aparılır. 

Ermənistanda "Vaqner" qruplarının olması isə fikir olaraq qalmaqdadır. Bu erməni tərəfinin qabaqlayıcı siyasi fəndi ola bilər. "Vaqner" qruplaşmasının müəyyən qanadı Ermənistana sıza bilər. Lakin bu dəqiq faktlar ilə öz təsdiqini tapmalıdır.  Rəsmi İrəvan öz iqtidarını qorumaq üçün müxtəlif vasitələrə əl atır. Burada siyasi manipulyasiya halları da geniş vüsət alır".