Xankəndidən olan erməni sakinin Baku TV-yə açıqlaması sosial şəbəkələrdə gündəm olub.
Erməni sakin and içərək, azərbaycanlılarla yaşamaq istədiyini bildirib.
“Allah haqqı, azərbaycanlılarla yaşamaq istəyirəm. Azərbaycan millətini çox sevirəm. Ermənilər millət deyil”, - o qeyd edib.
Xankəndini tərk edən erməni sakinlər arasında azərbaycanlılar ilə birgə yaşamaq istədiyini deyən insanların çoxluq təşkil etdiyinin şahidi oluruq.
Azad Vətən Partiyasının sədri Akif Nağı “Sherg.az”a açıqlamasında deyib ki, bununla bağlı müəyyən proseslər artıq başlayıb:
"Azərbaycan bayrağı həmin ərazidə dalğalanıb. Ermənilərin böyük bir hissəsi köç edərək regionu tərk edirlər. Bunların içərisində Azərbaycan xalqına və dövlətinə qarşı hərbi cinayət törətmiş şəxslər var. Onlar cəzadan qaçaraq bölgədən uzaqlaşırlar. Amma bu illər ərzində onların bir qismi separatçı qurum tərəfindən qul vəziyyətində saxlanılıb. Ermənistan rejimi həmin şəxslərdən bir alət kimi istifadə edib. Onlar Ermənistanda dilənçi kökündə yaşadıqlarını başa düşürlər. Azərbaycan hakimiyyətinin bölgəyə qayıtmasından sonra özlərini müstəqil hiss ediblər. Ona görə də Azərbaycanda qalmağa üstünlük verir və müraciətlər edirlər. Biz buna ehtiyatla yanaşmalıyıq ki, yenə xalqımıza arxadan zərbə vurmasınlar. Normal şəkildə Azərbaycan vətəndaşlığı qəbul edib, həyatlarını qurmalıdırlar".