Ermənilər bu sənədləri imzalasalar...

Ümid edirəm ki, hökumətimizin Qarabağdan köçən mülki ermənilərlə bağlı planı var. Ancaq özü köçsə belə, bütün əşyalarını burda qoyub gedirsə, mal-qarasını, evini də satmadan - əgər onlar bir daha onun əlinə keçməsə - daha sonra bizi onları qovmaqla ittiham edəcəklər, əsas da bu olacaq ki, canlarını təhlükədə hiss etdikləri üçün apar-topar getdilər. Jurnalistlərin çəkdiyi kadrlar da işə yaramayacaq.

Bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, bunun qarşısını almaq üçün ciddi təklifi var:

“Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən hər bir erməniyə sənəd imzalatdırmaq lazimdır. Orda ermənilər onlara Azərbaycanda qala biləcəkləri, mallarına və canlarına təminat verildiyi, daha sonra istədikləri halda qayıdıb mallarına sərəncam verə biləcəkləri haqda sənədi imzalasınlar.

Qapıda AİHM-yə və Haaqaya aparteidlə bağlı müraciətlər var”.


Fərhad Mehdiyevin fikirlərinə münasibət bildirən Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı "Sherg.az"a açıqlamasında söyləyib ki, artıq hüquqi baza yaranıb:

"Əgər ermənilər bu sənədləri imzalasalar, gələcəkdə onlar üçün Azərbaycan dövləti tərəfindən heç bir problem olmayacaq. Bu hər iki tərəf üçün çox vacib addım ola bilər. Həmçinin qarşı tərəf Azərbaycana heç bir halda  malları və əmlakları üçün iddia qaldıra bilməzlər. Onların əlindən heç bir şey alınmır. İstədikləri vaxt həmin təsdiqləyici sənəd vasitəsilə gəlib mallarını geri ala bilərlər. Laçın postunda ermənilərə belə sənədin imzaladılması Azərbaycanın gələcək zamanda prosedurları rahat həyata keçirməsi üçün  çox lazımlı olacaq".