"Ermənistan ordusu silah, texnika və şəxsi heyyətin mənəvi-psixoloji durumu baxımından hazırda darmadağın bir vəziyyətdədir".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın silahlanmasından danışarkən deyib.
O bildirib ki, belə şəraitdə Ermənistan ordusunun imkanlarını Azərbaycanla müqayisə etmək doğru deyil:
"Çünki güc balansı Azərbaycan tərəfindədir. Digər tərəfdən Ermənistanda revanşist qüvvələr mövcuddur. Lakin onların Vətən müharibəsindən sonrakı fəaliyyətləri tamamilə iflasa uğrayıb və Ermənistan toqquşmalarda dəfələrlə məğlub olub. Son antiterror tədbirlərindən sonra isə Qarabağdakı "separatçı qurum" ikinci kapitulyasa aktını öz əli ilə imzalayıb".
Ə.Verdiyev əlavə edib ki, Ermənistan orduyu ayrılan xərcləri artırmaqla daxili auditoriyanı sakitləşdirmək üçün bəzi silahlar alır:
"Həmçinin Ermənistanın təhlükəsizliyin təmini baxımından iqtidarın hansısa addımlar atdığına dair fikir formalaşdırmaq niyyəti mövcuddur. Hazırda alınan silahlar Ermənistanın itkiləri fonunda kiçik bir rəqəm hesab olunur. Çünki onların müharibə zamanı və ondan sonrakı dövrdə 6 milyard manat dəyərində texnika, silah itkisi olub. Alınan silahların miqyası isə 100 milyon dollarla ölçülür. Ona görə də burada itirilən balansın bir və ya iki faizinin bərbası Ermənistana ciddi dividentlər qazandırmaz. Amma bu silahların Azərbaycan sərhədlərinə təhlükə yaradacaq məsafəyə yaxınlaşması, onların məhv edilməsi ilə nəticələnə bilər. Hazırkı mövcud vəziyyətində Ermənistan ordusunun Azərbaycanla münaqişəyə girmək potensialı mövcud deyil. Bunun üçün ən azı 5-10 il müddət lazımdır".