Azərbaycan xalqının həyatında intibah dövrünün başlanğıcı - Tarixi qələbə

"Zəfər gününün önəmi zaman keçdikcə daha da aydın olur"

Bu tarixi qələbə ilə Azərbaycan xalqının həyatında intibah dövrü başladı

  Bu gün Vətən müharibəsində möhtəşəm Zəfərimizin ikinci ildönümüdür. 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edib.
  Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın işğaldan azad olunması münasibəti ilə 8 noyabr ölkəmizin tarixində ən əlamətdar günlərdən hesab olunur.
  Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gündür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Prezidentin sərəncamı Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalanıb.
  Şanlı zəfər tariximizdən danışan millət vəkili Müşfiq Məmmədli “Sherg.az"a açıqlamasında deyib ki, məhz 3 il əvvəl Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib:

“Azərbaycan Vətən müharibəsi başlamadan öncə 30 il ərzində davamlı şəkildə beynəlxalq hüququn normalarına uyğun olaraq və beynəlxalq ictimaiyyətinin qəbul etdiyi normalar çərçivəsində Ermənistanla münaqişənin aradan qaldırılması üçün mümkün olan təklifləri, müzakirələri daim davam etdirirdi.
  Buna baxmayaraq, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan ərazisində etnik separatizmi qızışdırmaq cəhdləri davam edirdi. Azərbaycanın işğal olunmuş torpaqlarında bu müddət ərzində dağıntı, yağma, Azərbaycan izlərinin silinməsi prosesi davam edib. Bütün bunlara qarşı isə heç bir beynəlxalq qurum, beynəlxalq ictimaiyyət nümayəndələri və özlərini sivil dünyanın aparıcı qüvvələri sayan heç bir dövlət konkret mövqe ortaya qoymadı. Ortaya qoyulmuş mövqelər isə bəyanatdan o yana keçmədi. Azərbaycan özü həm BMT qətnamələrinin icrasını həyata keçirdi, həm də cənab Ali Baş Komandanın rəhbərliyi altında bütün xalq birləşərək ərazi bütövlüyünü bərpa etdi.
  Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı bəyanatın şərtlərinə uyğun olaraq, Azərbaycan öz üzərinə düşən öhdəlikləri hər zamankı kimi yerinə yetirdi. Razılaşmanın bəndləri Azərbaycan tərəfindən icra olunmağa başladı. Çox təəssüf ki, nəinki Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin icrası barədə düşündü, hətta davamlı şəkildə diskritasiya etməyə başladı. Azərbaycanın xəbərdar etməsinə, Laçın sərhəd buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan sərhədlərinə tam nəzarət olunmasına baxmayaraq, qeyri-qanuni silahlı birləşmələr Ermənistan tərəfindən silah-sursatla təchiz olunurdu. Yenə də bu birləşmələr pozuculuq fəaliyyətini davam etdirmək üçün özlərinə əsas axtarmağa çalışırdılar”.
  Millət vəkilinin sözlərinə görə, Azərbaycan öz ərazisində bütün şəxslərə, etnik qruplara bərabər şərait yaradır, beynəlxalq və ikitərəfli müqavilələrdə verdiyi bütün sözlərə sadiqdir. Bununla yanaşı, öz ərazi bütövlüyünə və insanlarının həyatına, təhlükəsizliyinə risk yaradan istənilən bir faktora qarşı sərt mövqeyini ortaya qoyub və qoyacaqdır: “23 saatlıq antiterror əməliyyatları zamanı beli qırılmış və bizim zəfərimizə boyun əymiş tör-töküntülər də tamamilə məhv edildi və kapitulyasiya aktına imza atmağa məcbur oldular. Qondarma bir qurumun ləğv olunması barədə bəyanat verdilər. Zəfər gününün önəmi zaman keçdikcə daha da aydın olur. Azərbaycan xalqı qalib xalq, qalib millət olduğunu bütün dünyaya bəyan etdi. Zəfər günü Azərbaycan xalqının həyatında intibah dövrünün başlanmasıdır. Zəfər günü Azərbaycan xalqının qalib xalqlar sırasına qoşulduğu bir gündür. Azərbaycan xalqı bundan sonra həyatın bütün sahələrində böyük və möhtəşəm uğurlar silsiləsinə daxil olub.
  Müstəqil, suveren Azərbaycan Respubikasının ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasına görə hər birimiz əsgərlərimizə, xalqımıza və müzəffər Ali Baş Komandanımız, möhtərəm İlham Əliyevə borcluyuq!".