Cümhuriyyət tarixində ilk: Türk astronavt kosmos səyahətinə hazırdır

Türkiyənin kosmos səyahətçisi Alper Gezeravcı son hazırlıqlarını tamamlayıb. Cümhuriyyət tarixində ilk insanlı kosmos missiyasını yerinə yetirmək üçün tezliklə Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək ilk astronavt Gezeravcı bu uçuş üçün tezliklə karantin dövrünə girəcək.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır, Cümhuriyyət tarixində ilk insanlı kosmos missiyasını yerinə yetirəcək Alper Gezeravcının son hazırlıqlarını tamamladığını açıqlayıb.


Nazir Mehmet Fatih, astronomiyadan riyaziyyata, tibbdən həndəsəyə qədər bir çox sahədə yeni təməllər qoyan bir sivilizasiyanın varisləri olaraq kosmik tədqiqatlardadaha əhatəli və sistemli bir yanaşma ilə hərəkət etmək üçün 5 il əvvəl bu gün Türkiyə Kosmos Agentliyini (TUA) qurduqlarını söyləyib. 

Türk əsrində "kosmosda biz də varıq" dediklərini və kosmos elmi və texnologiyalarının inkişafında dünyada sayılan ölkələrdən biri olma yolunda sürətlə irəlilədiklərini ifadə edən Kacır, Milli Kosmos Proqramının ən əhəmiyyətli komponentlərindən biri olan "Türk Astronavt və Elm Missiyası" hədəfi üçün artıq gün saydıqlarını söyləyib.

Kaçır Beynəlxalq Kosmik Stansiyada elmi təcrübələr aparmaq üçün ilk dəfə bir türkün çox yaxında kosmosa göndəriləcəyini vurğulayıb.

Nazir Kacır xatırladıb ki, TUA, TÜBİTAK UZAY və Axiom Space mütəxəssislərinin ətraflı seçim prosesinin sonunda 36 min namizəd arasından seçilən ilk kosmos səyahətçiləri Alper Gezeravcı və Tuva Cihangir Ataseverin adları 29 apreldə "İstanbul TEKNOFEST"-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanıb. 

Nazir kosmos missiyası ilə bağlı son inkişaflar haqqında aşağıdakı məlumatları verib:

"Bu missiya Türkiyənin elmi və texnoloji potensialını göstərmək baxımından böyük əhəmiyyətə malikdir. Ölkəmizin dəyərli alimləri və tədqiqat qurumları tərəfindən hazırlanan 13 müxtəlif elmi təcrübə kosmosda həyata keçiriləcək. Kosmos tariximiz üçün mühüm mərhələ olan bu missiya, kosmos elminə də işıq salacaq.Kosmos sərnişinimiz Alper Gezeravcı son hazırlıqlarını tamamlayıb. O, tezliklə Cümhuriyyət tarixində ilk insanlı kosmos missiyasını yerinə yetirmək üçün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək. İlk astronavtımız yaxın zamanda karantin müddətinə başlayacaq".