Səriyyə Müslümqızı: “Xocalı faciəsinin izləri silinməməlidir”

“Köhnə evlərin sökülməsi məni narahat edir”

“Abidə kompleksi mütləq olmalıdır. Xocalıda çox dəhşətli soyqırım baş verib. Xocalının hər küçəsində, hər döngəsində, hər ailədə faciə yaşanıb. Hər küçədə, hər döngədə o faciədən bir nişanə var. Abidə də olmalıdır, həm də o faciəni yaddaşlara həkk edəcək lövhələr hər küçəyə vurulmalıdır. Həmin lövhələrdə o küçələrdəki evlərin şəhid olmuş, soyqırıma məruz qalmış sakinlərinin adları yazılmalıdır”.  


Bu sözləri “Sherg.az”a açıqlamasında Xocalı sakini, işğaldan əvvəl “Xocalının səsi” qəzetinin müxbiri işləyən, erməni-rus hərbi birləşmələrinin törətdiyi Xocalı soyqırımında valideynlərini, ailə üzvlərini, doğmalarını itirmiş Səriyyə Müslümqızı bildirib. 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızı Dünya Azərbaycanlılarımım Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərkən Xocalı sakinlərinə müjdə verərək bildirdi ki, 2024-cü ildə xocalılar da doöma evlərinə köçəcəklər. Prezidentin müjdəli xəbərindən sonra Xocalı sakinləri evlərinə qayıtmaq üçün gün sayır artıq. Səriyyə Müslümqızı da həmçinin: 
- Əlbəttə sevinirik. Eyni zamanda bu sevincin içində böyük bir kədər də var. Mən Xocalıda anamı itirmşəm, ümumilkdə təkcə bizim nəsildən 49 nəfər Xocalı soyqırımı qurbanıdır. Ən böyük soyqırıma bizim ailə, bizim nəsil mərz qalıb. Xocalıya atasız, anasız qayıdacağam. Xocalı soyqırımına abidə olacaq, bu, sözsüzdür. Amma tək abidə ilə kifayətlənmək olmaz. Xocalının hər küçəsində faciə yaşanıb. Şəhərdə baş verən qətliam, hansı küçədə nə qədər insan öldürülüb, bununla bağlı o vaxt xarici müxbirlər fotolar yayınladılar. Küçələrin birində 2 azyaşlı uşağı olan Abışova  Məhbubə, övladları Çinarə və Çingiz, eyni zamanda Milli Qəhrəman Tofiq Hüseynovun xanımı Məxmər, o küçədə yaşayan bacı-qardaş - Rəsmiyyə və Emin. Rəsmiyyə də, qardaşı Emin də itkin hesab olunurdular.  Amma Rəsmiyyənin qətlə yetirldiyi o fotolar sayəsində bilindi. Emin isə bu günədək itkin hesab olunur. Hələ də bilinmir, ölüb, yoxsa sağdır, əsir saxlanılır? Hüseynov Məxmərin övladları Əfsanə, Yasəmən, Murad da analarının öldüyünü o fotolardan bildilər. Yəni, Xocalıda hansı küçədə kimlər yaşayırdı, kimlər qətlə yetirilib faciənin şahidləri də bilir, fotolarda, sənədlərdə də bu haqqda məlumatlar var. Abidə kompleksi öz yerində.  Amma Xocalının hər küçəsində qətliam barədə bir xatirə, nişanə qoyulmalıdır. Bosniya-Hersoqovinada məhz belə ediblər. Mən orada səfərdə olmuşam.  Bosniya soyqırımının xatirəsinə muzey var. Muzeyin qarşısında lövhə də qoyulub. Abidə də var. Orada hər gün musiqi səələndirilir. Elə bir musiqidir ki, insana soyqırım dəhşətini hiss etdirir. Bunlardan başqa orada hər küçədə bir anım nişanı var. Biz küçəbəküçə gəzirdik. Və görürdük ki, bəzi küçələrdə qırmızı dairəyə alınmış yerlər var. Bu, küçənin həmin hissəsində, həmin evlərdə soyqırım törədildiyini göstərirdi. O hissədən keçmirdi insanlar, dairənin kənarı ilə addımlayırdılar. Xocalıda da belə olmalıdır. Tarixdə çox soyqırımlar törədlib. Hər bir xalq da bu faciələrin izini özünəməxsus tərzdə qoruyub saxlayır. Niyə biz Xerosima, Nakasaki, Holokost, Xatın… faciələrinə qoyulan abidələrdən, faciə izlərinin necə qorunub saxlanmasından örnək götürmürük? Elə abidələr var ki ona yaxınlaşmadan da soyqırım olduğunu hiss edirsən.  Bakının Xətai metrostansiyası yaxınlığında “Ana fəryadı” abidəsi qoyulub. İndiyədək də hər il o abidə xalqımız tərəfndən ziyarət olunur. Lakin bu abidə o faciənin dəhşətlərini lazımi dərəcədə əks etdirmir. O dərəcədə effektli deyil. Xocalıda bildiyim  qədər indi tikinti, abadlıq işləri gedir. Amma çox sürətlə aparılır bu işlər. Faciə yaşanan evləri “zədəlidir”, “köhnədir” deyib buldozerin “ağzına” verib kürüyüb dağıtmaq lazım deyildi. Ən azından o evlərin qalıqlarını saxlamaq lazım idi. Küçəbəküçə saxlamaq lazım idi ki faciənin böyüklüyü, dəhşəti görünsün.  Tariximizə qarşı belə bir hərəkət məni çox narahat edir. Kimdir bu qərarı verənlər? Niyə Xocalının millət vəkili, ziyalılar irəli çıxıb bu məsələylə maraqlanmırlar?  Ora bir tarixçi, yazıçı, ziyalı baxışı olmalıydı. İndiki gedişat 4 ailə üzvünü, böyük bir nəsli itirmiş Xocalı sakini kimi məni çox düşündürür və narahat edir. Tikinti işləri zamanı faciə nişanələri itirilməməlidir. Köhnə evlərin çoxu sıradan çıxarılır. 2 mərtəbə evlər sökülür, 1 mərtəbə evlər tikilib. Doğrudanmı o evlər zədəli idi? Xocalıya səfər təşkil edilərdi, insanlar evlərinə gedib görərdilər. O evləri insanlar əllərinin qabarı ilə tikmişdilər. Dövlət yetərincə vəsait ayırır, qayğı göstərir. Amma kimlərsə insanları narazı salır. O torpaqlar şəhidlərimizin qanı, qazilərmizin canı hesabına azad olunub. Xocalı faciəsinin yaşandığı gecə neçə-neçə igid oğullarımız canları bahasına qız-gəlini mühasirədən çıxarmışdı. Xocalıda faciənin qalıqları mütləq saxlamaq lazımdır.