ABŞ dünyada öz nüfuzunu itirmiş vəziyyətdədir- İlhaiyyatçı

"Dünya çox gözəl bilir ki, Azərbaycan xalqı hər zaman ölkəmizdə yaşayan bütün xalqlara, millətlərə, o cümlədən də fərqli dini kimliyə mənsub xalqlara qarşı heç vaxt ayrı-seçkilik nümayiş etdirməyib"

ABŞ Dövlət Departamentinin Azərbaycanı “dini azadlıqları pozulmuş ölkə elan ediləcək izləmə siyahısına” daxil etməsi, ölkəmizi “dini etiqad azadlığı ilə bağlı fövqəladə vəziyyətə namizədlər siyahısı”na əlavə etmək qərarı o dərəcədə gülünc və absurddur ki belə bir hesabatın bir erməni tərəfindən hazırlanmadığına əsla şübhə yeri qalmır. Hesabatın Daniella Aşbaxyanın rəhbərlik etdiyi komissiya tərəfindən hazırlandığı açıqlanmasaydı da, müəllifin milli mənsubiyyəti zatən bəlli olacaqdı. Sadəcə, məsələ, özünü dünyada demokratik ənənələrin az qala əcdadı hesab edən ABŞ kimi bir “super” dövlətin bir erməninin hesabatını qəbul edəcək qədər sərsəm addım atması təəssüf doğurur. Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra Qaraabağ və ətraf bölgələri addım-addım gəzən xarici qonaqlar, səfirlik, konsulluq, diplomatik korpus nümayəndələri, xarici media nümayəndələri erməni separatçılarının 30 ilə yaxın müddətdə tarixi və dini abidələrə qarşı vandallığına dəfələrlə şahid olublar. Eyni zamanda Azərbaycanın digər bölgələrində də dövlətin tarixi-dini memarlıq abidələrinə, islam və qeyri-islam dini mənsublarının ayin və ibadətlərini ncə rahatlıqla, sərbəst şəkildə, öz şəxsi seçimlərinə uyğun yerinə yetirdiklərini də görüblər və bilirlər. Deməli bu hesabatda yalnız aşkaq bir qərəz və açıq böhtan var. ABŞ Dövlət Departamenti də bunu bilə-bilə təsdiq edir. Ən azından DD ölkədə dini konfessiya nümayəndələrinə münasibəti özünü təyin etdiyi diplomatik nümayəndərindən öyrənib dəqiqləşdirə bilərdi. Etməyib, çünki məqsədi qərəzdir. 
İlhaiyyatçı Hacı Atif İsmayılov da “Sherg.az”a açıqlamasında qeyd etdi ki, müəyyən xarici qüvvələr Azərbaycanın əldə etdiyi uğurlarla razılaşa bilmirlər, xüsusən də 44 günük mahribədən sonra əldə olunmuş nailiyətlər, torpaqlarmızın işğaldan azad olunması və eyni zamanda ərazi bütövlüyümüzün təmin edlməsi onları çox narahat edir: 
- Dünya çox gözəl bilir ki, Azərbaycan xalqı hər zaman ölkəmizdə yaşayan bütün xalqlara, millətlərə, o cümlədən də fərqli dini kimliyə mənsub xalqlara qarşı heç vaxt ayrı-seçkilik nümayiş etdirməyib. Ölkə rəhbərinin din-dövlət münasibətlərini güclü şəkildə tənzimləməsi, bunun üçün bütün imkanların yaradılması, bütün dini konfessiyaların sərbəst şəkildə öz ayinlərini icra etməsi deyilənlərin sübutudur. Ermənilər və onların havadarları bu uğurlarımızla heç vaxt barışmaq istəməyib və ölkəmizə qarşı anti-təbliğat aparan, xaricdə yaşayan soydaşlarının və birbaşa ölkəmizi sevməyən və başqa ölkələrin də maraqlarına xidmət edən qüvvələrdən istifadə edərək daim dini mühitdə tarazlığın pozulmasına cəhdlər göstəriblər, indi də muzdlu xainlərin əliylə bizə qarşı anti-təbliğat kampaniyasını davam etdirməkdədirlər. Bu gün artıq ABŞ dünyada öz nüfuzunu itirmiş vəziyyətdədir və erməni vandalizminə bəraət qazandırmaqla da öz çirkin niyyətini ortaya qoyur. Bir ilahiyyatçı kimi deyə bilərəm ki ölkəmizdə dini mühitdə heç bir narahatlıq yoxdur, bütün digər dini konfessiya nümayəndələri də Azərbaycanda mövcud olan dini mühitdən razıdır.  Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında daim öncül olmasını da bəzi qüvvələr həzm edə bilmir. Lakin onların bu oyunları, cəhdləri heç bir fayda verməyəcək. Qarşıdan gələn prezident seçkilərində xalqımız  bir daha öz gücünü, milli-mənəvi dəyərlərə baxlılığına sadiq qalaraq ölkə başçısı cənab İlham Əliyevə səs verərək din-dövlət həmrəyliyini nümayiş etdirəcək. Ölkəmizdə din-dövlət münasibətləri günü-gündən inkişaf edəcək, heç vaxt dini zəmində qarşıdurma olmayacaq, xarici qüvvələr çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki bizim güclü dövlətimiz və güclü xalqmız var.