Atası anlatdı: İlk türk kosmonavt tarixi uçuşdan  əvvəl ailəsindən nə istədi?


İlk türk kosmonavt Alpər Gezeravcının kosmosa uçuş hazırlıqları davam edir. Onu kosmosa yola salanların arasında ailəsi də olacaq. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, uçuş bu gecə Türkiyə vaxtıyla 01.11-də ABŞ-nin Florida ştatından gerçəkləşəcək.  Uçuş Türkiyədə də kosmos idarəetmə mərkəzi tərəfindən anbaan izlənəcək.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmonavtla video-konfrans vasitəsiylə əlaqə saxlıayıb, ona ürək sözlərini çatdırıb: “Sən kosmosa uçuş həyata keçirən ilk vətəndaşımız olacaqsan. Millətimizə həqiqi qürur yaşadacaqsan. Buna hazırsanmı?”. Alpər Gezeavcı isə “bütün hazırlıqlar başa çatıb. Alnım açıq, vəzifəmi icra edəcəyəm”, söyləyib.  “CNN Türk”ün müxbiri Gülşən Coşkun Alpər Gezeavçı ilə yola çıxmazdan öncə görüşüb, istəklərini öyrənib. Hazırda Alpər Gezeravcının ailəsi ABŞ-dədir. 


Onlar da duyğularını  “CNN Türk”ə bildiriblər. Kosmonavtın anası Siddiqə Gezeravcı deyib ki, çox qürurlu, sevincli və həyəcanlıdır: “Xəbəri eşidəndə əvvəlcə qorxdum, üzüldüm. İndi bir az rahatam. Allah, gülə-gülə gedib gəlməsini nəsib etsin”. Alpər Gezeravcının atası Əli  Gezeravcı da “oğluma bunları dedim: oğlum, Alpərim, vəzifən mübarək olsun. Yolun açıq olsun. Sənə uğurlar arzulayıram, səninlə qürur duyuruq”. Atası oğlunun yola çıxmadan öncə ailəsindən nə istədiyini də anladıb: “mənə görə narahat olmayın. Siz xoşbəxt olun, bu, mənim bəsimdir”. Biz də o xoşbəxtliyi sevə-sevə yaşayırıq”. Ata Gezeravcı deyib ki, oğlu kiçik yaşlarından pilot olmaq istəyib. Bu sahəyə marağı olub. 4 yaşı olanda, nənəsigilə gedərkən “mən təyyarə sürücücü olacağam”, deyib. Ailənin gəlini isə deyib ki, Alpər özüylə kosmosa qardaşı oğlu Karanın fotosunu da aparacaq. Onu çox sevir.