
Minsk qrupunun ləğvi gündəlikdədir - RƏY
06:06 22.04.2025
Gündəm
521
Mirzoyanla baş katib Sinirlioğlunun görüşündə bu məsələ də müzakirə olunub
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in baş katibi Firudin Sinirlioğlu İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişini müzakirə ediblər. Bildirilib ki, Cənubi Qafqazda sülhün bərqərar edilməsi səyləri kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesi, o cümlədən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi müzakirə edilib. Nazir Mirzoyan sazişin imzalanmasının vacibliyini vurğulayıb.
Mirzoyan və Sinirlioğlu Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar. Qeyd edək ki, iki ay əvvəl Firudin Sinirlioğlu Baş nazir Nikol Paşinyanla da Münhen Təhlükəsizlik Konfransında görüşmüşdü. Ekspertlərin fikrincə, rəsmi İrəvan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəsə də, rəsmi Bakının belə bir istəyi yoxdur. Çünki ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi, bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk qrupunun ləğvinə çalışır. Hər halda türkiyəli diplomat da anlayır ki, de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğvi ümumi işin xeyrinədir. Eyni zamanda bu məsələ sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsidir.

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az.az"a deyib ki, Ermənistan sülh müqaviləsinin bütün bəndləri ilə razılaşdığını bəyan edib. Ekspert vurğulayıb ki, Azərbaycanın əsas tələblərindən biri də ATƏT-in Minsk qrupunun ləğvidir:
"Əgər Ermənistan bu qrupun ləğv edilməsi barədəki çağırışlara real olaraq müsbət yanaşaraq qəti qərar versə, sülhün reallaşması mümkündür. Bu, eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətlərin tənzimlənməsində də əhəmiyyətli rol oynayır. Odur ki, Ermənistanın xarici işlər naziri Mirzoyanla ATƏT-in baş katibi Sinirlioğlunun görüşü və müzakirələr aparmasını Minsk qrupunun ləğvi ilə əlaqədar olmasını istisna etmirəm. Hər bir halda Ermənistan bölgənin reallıqları müqabilində buna məcburdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol