
10 ildir həyat yoldaşı ilə heç mübahisə etməyib: “Elə bil böyük lotereyanı udmuşam”
11:00 22.04.2025
Şou
466
Karyerası boyunca bir çox uğurlu filmdə rol alan amerikalı aktyor George Clooney şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Sherg.az xəbər verir ki, Hollivud ulduzu George Clooney, 2014-cü ildə Amal Alamuddin ilə ailə həyatı qurmuşdu.
63 yaşlı aktyor CBS Mornings proqramında verdiyi müsahibədə həyat yoldaşı Amal ilə "həqiqətən vaxt keçirdiklərini" bildirib.
İki əkiz övladı Alexander və Ella haqqında danışan Clooney deyib:
“Uşaqlarımız 7 yaşındadır, tezliklə 8 olacaqlar. Bu, möhtəşəm yaş dövrüdür. Onlar həqiqətən maraqlıdırlar və çox gülməlidirlər. Hər bir valideyn uşaqlarının möhtəşəm olduğunu düşünür, bizimkilər isə doğrudan da bizi çox güldürürlər.”
George Clooney daha əvvəlki bir müsahibəsində 47 yaşlı həyat yoldaşı Amal ilə bir dəfə də olsun mübahisə etmədiklərini söyləmişdi.

Clooney: “Bir dəfə bu mövzuda danışdığımızı xatırlayıram və o zaman da heç mübahisə etmədiyimizi demişdik. Hələ də etməmişik. Hətta bəzən mübahisə edəcək bir səbəb tapmağa çalışırıq!” deyə zarafat edib.
Məşhur aktyor həyat yoldaşı haqqında bunları deyib:
“Bu inanılmaz qadınla tanış olduğum üçün özümü çox şanslı hiss edirəm. Sanki böyük lotereyanı udmuşam kimi hiss edirəm. Dünyanın ən şanslı adamı olduğumu düşünmədiyim bir gün belə keçmir. Bu səbəblə, bu münasibət bizim üçün çox möhtəşəmdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə