
Ermənişünas-alim: Koçəryan çalışır ki, Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlsin
13:13 02.10.2025
Cənubi Qafqaz
503
Qafar Çaxmaqlı: Rusiya Ermənistanın daxili siyasətinə müdaxilə edərsə, vətəndaş müharibəsinə səbəb ola bilər
Ermənistanda gələn ilin iyul ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi siyasi səhnədə canlanma müşahidə olunur. Müxtəlif qüvvələr seçkiyə hazırlıq məqsədilə təşəbbüslərlə çıxış edir, yeni ittifaqlar ehtimalı gündəmdədir. Xüsusilə müxalif düşərgədə birləşmə cəhdləri müşahidə edilir. Məlumata görə, keçmiş prezident Robert Köçəryan bu məqsədlə bir neçə gün əvvəl Moskvada Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb. Görüşdə Ermənistanın daxili siyasi durumu, o cümlədən qarşıdan gələn seçkilərlə bağlı müzakirələr aparıb. Yerli mətbuatın iddiasına görə, Köçəryan Moskvadan dəstək axtarışındadır, lakin Kremlin bu mərhələdə konkret öhdəlik götürmək istəmədiyi bildirilir.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında seçki ərəfəsində bəzi siyasi qüvvələrin fəallaşmasının təbii olduğunu söyləyib:

"Ermənistanda seçkilərə hələ vaxt var. Növbəti parlament seçkilərinin gələn ilin iyul ayının 7-də keçirilməsi planlaşdırılır. Seçki ərəfəsində bəzi siyasi qüvvələrin fəallaşması təbiidir. Lakin müxalifət adlandırılan Robert Koçəryan və Serj Sarkisyanın rəhbərlik etdikləri fraksiyalar var. Onlar müvafiq olaraq “Hayastan” və “Şərəfim var” fraksiyaları ilə parlamentdə təmsil olunsalar da, onların keçmiş prezidentlər kimi siyasi elektoral bazaları, demək olar ki, yoxdur. Tərəfdarları olduqca azdır və əgər seçkilərdə iştirak etsələr böyük ehtimalla məğlubiyyətlə üzləşəcəklər. Bu səbəbdən Robert Koçəryan yeni bir yol seçməyə çalışır. O həm parlamentdəki, həm də parlamentdən kənardakı müxalif qüvvələri birləşdirərək birgə seçki blokunda çıxış etmək niyyətindədir. Lakin bu cəhdin uğursuzluqla nəticələnə biləcəyi ehtimalı böyükdür. Çünki Ermənistan daxilindəki bir çox müxalif təşkilatlar Koçəryanla əməkdaşlıq etmək niyyətində deyillər".
Ekspert Ermənistan mətbuatını və televiziyalarını izlədiyini, verilən açıqlamalarda bir çox müxalif qüvvələrin Koçəryan variantını qəti şəkildə istisna etdiklərini qeyd edib:
"Bu səbəbdən Koçəryan çalışır ki, Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlsin. Çünki Rusiyanın Ermənistana təsir imkanları hələ də genişdir. Koçəryan bu təsir mexanizmlərindən istifadə edə bilər. Maliyyə baxımından da onun sərvəti çoxdur. O, seçki kampaniyasına xeyli vəsait xərcləyə bilər. Koçəryan hazırda Rusiyanın razılığını almaq üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Lakin bu təşəbbüslərin nəticə verib-verməyəcəyi hələ məlum deyil. Əgər Rusiya açıq şəkildə Ermənistanın daxili siyasətinə müdaxilə edərsə, bu, ölkədə xaosa, hətta vətəndaş müharibəsinə belə səbəb ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm