Gürcüstanda hakimiyyəti devirməyə çağırış edildi: Sabah seçki məntəqələrini dağıdacağıq
Yusif Nəzərli
08:15 03.10.2025
Cənubi Qafqaz
368
“Gürcüstan müxalifətinin seçkilər günü atacağı qanunsuz addımları adekvat cavab alacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı Tengiz Şarmanaşvili bildirib.
“Generalların müəyyən məlumatı ola bilər, belə qeyri-adekvat insanların planı olmaya da bilər, onların bunu spontan şəkildə planlaşdırması mümkündür. Əlbəttə, dövlət qanunsuz hərəkətləri cavabsız qoymayacaq. Kim həyatı irreal dünyada yaşamaq istəyirsə, real cavab alacaq. Dövlət güclüdür və hər bir qanun pozuntusuna adekvat reaksiya göstərəcək, istər planlaşdırılmış olsun, istərsə də spontan.
Gizlətməyə çalışırlar, amma zorakılıq aksiyası planlaşdırırlar. İki nəfər artıq həbsdədir – onlardan biri açıq şəkildə hakimiyyətin devrilməsini planlaşdırdıqlarını deyib, digəri isə seçki məntəqələrinin dağıdılmasından danışıb. Əlbəttə, belə planlar var, amma onların uzaqmənzilli olduğuna şübhə edirəm, çünki qeyri-adekvat adamlardır və ciddi heç nə edə bilməzlər. Dövlət isə onların bu planları barədə hər şeyi bilir və müvafiq reaksiya da olacaq”, - hakim partiyanın üzvü vurğulayıb.
Oktyabrın 4-də Gürcüstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Müxalif Milli Hərəkat Partiyası həmin gün paytaxt Tbilisidə küçə yürüşləri və nümayişləri elan edib. Partiyanın lideri, keçmiş prezident Mixail Saakaşvili vətəndaşları küçələrə çıxmağa və aktiv olmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm