Biganəliklə mübarizə aparırıq
16:02 29.04.2025
Aktual
408
Elnur Nəciyev, tarix üzrə fəlsəfə doktoru
Bu gün artıq bir ay olur ki, sadəcə bir tarixi abidəyə deyil, bütövlükdə tarixi irsimizə qarşı olan biganəliklə mübarizə aparırıq. Çoxu bu məsələni sadəcə bir məscid davası kimi görür. Bəziləri də "rəsmi qurumlara müraciət edin, onlar reaksiya verəcək" deyir.
Gəlin, sizə bir statistika açıqlayım. Əbu Müslüm məscidi məsələsi qaldırılandan indiyə qədər 19 status paylaşdım, 3 xüsusi müraciət ünvanladım, 1 açıqlama verdim, 2 radio (ASAN Radio və 105 FM) müsahibəsi, bir TV süjeti (AzTV), 75+ xəbər, 1 qəzet məqaləsi yayımlandı. 11 quruma və 43 deputata birbaşa meyl üzərindən müraciət edildi. Nəticə isə göz qabağındadır.
Bu məsələyə demək olar ki, ən gözəl cavablardan birini verən Sportinfo saytı oldu. Nə olsun ki, futbolumuz inkişaf etməyib. Əsas odur ki, milli dəyərlərimizə biganə qalmayan bu cür idman mediamız var. Ümumiyyətlə, media mənsublarımıza əvvəldən sona qədər bu məsələdə yanımızda olduqlarına görə nə qədər təşəkkür etsəm, yenə azdır.
Nəticə hasil olsa da, olmasa da, mən bir daha əmin oldum ki, Əhməd bəy Ağaoğlu əbəs yerə bu sözləri demirdi: "Bəli, sözlər, sözlər! Biz müsəlmanlar sözdə hamını geridə qoyarıq, dildə bizim tayımız-bərabərimiz yoxdur. Biz gəlişigözəl sözlər danışmağı, əla sağlıqlar deməyi, özümüzü maarifin, mədəniyyətin əsl tərəfdarları kimi qələmə verməyi bacarırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya