“Biz Ərdoğanın Türkiyənin başında qalmasını istəyirik”
Yusif Nəzərli
09:10 16.03.2023
Aktual
605
“Şəxsən mənim inamım yoxdur ki, hazırkı müxalifət hakimiyyətə gəlsə, Azərbaycana münasibət indiki kimi qalacaq”
Tural Abbaslı: “Qardaş ölkədəki prezident və parlament seçkisinin Azərbaycan üçün də önəmli olduğu qənaətindəyəm”
Qarabağ məsələsinin müxtəlif aspektlərinin tədqiqi, ictimai sferanın rəyinin dinamik ölçülməsi regional münasibətlər sisteminin məntiqi və sosial elementi kimi çox vacibdir. Bu baxımdan Vətən müharibəsindən sonra siyasi, ideoloji, geosiyasi və hüquqi aspektləri ilə Qarabağ məsələsi Sosial Tədqiqatlar Mərkəzinin mühüm tədqiqat sahələrindən birini təşkil edir. Xüsusilə 2020-ci il Vətən müharibəsində, eləcə də postmünaqişə dövründə Türkiyənin Qarabağ məsələsində Azəbaycana siyasi dəstəyinə ictimai münasibətin öyrənilməsi Mərkəzin bu istiqamətdə müxtəlif tədqiqat və sorğu əsaslı fəaliyyətində mühüm prioritetlərdəndir. STM-nin 2023-cü il ərzində keçirdiyi növbəti rəy sorğusunda postmünaqişə dövründə Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə ictimai inam olduqca yüksəkdir. Sorğuda 18 yaşından yuxarı 384 respondent iştirak edib və 12 iqtisadi rayonu əhatə edib. Türkiyənin Qarabağ məsələsində Azərbaycana siyasi dəstək göstərəcəyinə sorğu iştirakçılarının 74 faizi tam, 19 faizi əsasən inandığını qeyd edib. Ümumilikdə 94 faiz respondent qardaş ölkənin istənilən dövrdə və şəraitdə Azərbaycanın yanında olacağına inandığını söyləyib. Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkisi keçiriləcək. Azərbaycan ictimaiyyətində müzakirə olunan məsələlərdən biri də Türkiyədə hakimiyyətə başqa siyasi güclərin, xüsusən indiki müxalifətin gələcəyi təqdirdə Ankaranın Bakıya dəstəyinin hansı formada olacağı ilə bağlıdır.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə bildirib ki, Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətlərinin tarixi qədim dövrlərə dayanır. Partiya rəhbəri vurğulayıb ki, iki türk xalqı arasında yardımlaşma orta əsrlərdən bu yana davam edib və Çanaqqala, Bakı savaşı, o cümlədən Birinci və İkinci Qarabağ müharibəsinə kimi gəlib: "Yəni Türkiyə və Azərbaycan arasındakı qardaşlıq nümunəsi dövlətlərdən daha çox "iki dövlət, bir millət" prinsipinə əsaslanan millətlərin həmrəyliyidir. Eyni soyun, kökün, millətin nümayəndələriyik. Oğuz türkünün iki qoluyuq. Xalqlar arasındakı dostluq münasibətləri adətən bütün dövrlərdə bu və ya digər şəkildə davam edir. Ancaq reallıq odur ki, bir çox hallarda dövlət münasibətlərində mövcud iqtidarların qarşılıqlı baxışları, siyasi yanaşmaları da həlledici rola malik olur. Məsələn, Birinci Qarabağ müharibəsi zamanı türk xalqının nümayəndələri Azərbaycanın imdadına yetişdi, fərd halında bacardıqları qədər dəstək verməyə çalışdılar. Əfsuslar olsun ki, həmin dövrdə hökumətdə təmsil olunanlardan, ozamankı Süleyman Dəmirəl iqtidarından dövlət yardımını, dəstəyini görə bilmədik. Elçibəyin məşhur ifadəsində dediyi kimi, elə dövr olub ki, "Türkiyədən iki helikopter ala bilməmişik". 1990-cı illərdə Türkiyə bölgədə gedən proseslərə, Azərbaycanın işğalı ilə bağlı məsələlərə nəzarəti Rusiyanın öhdəliyinə buraxmışdı".
T.Abbaslı deyib ki, məhz bu cür yanaşmanın bir daha təkrarlanmaması üçün Azərbaycanda bir çoxları, o cümlədən AĞ partiya Rəcəb Tayyib Ərdoğanın Türkiyənin başında qalmasını istəyir: "Bunun çox önəmli olduğunu düşünürük. Şəxsən inamım yoxdur ki, Türkiyədə hazırkı müxalifət hakimiyyətə gəlsə, Azərbaycana münasibət indiki kimi qalacaq. Hakimiyyət dəyişikliyindən sonra Ankaranın ölkəmizə siyasi-iqtisadi və hərbi dəstəyinin bu səviyyədə olacağını zənn etmirəm. Türkiyədə mövcud müxalifət düşərgəsi daha çox Avropanın xoşuna gəlmək, onlardan "əhsən" almaq üçün çalışır. Qərbin Cənubi Qafqaz regionu və Ermənistanla bağlı mövqeyi, yanaşması bizə bəllidir. CHP və təmsil olunduqları koalisiya Qərbin diktəsi ilə maraqlarımıza zidd addımlar atmağa məcbur edilə bilər. O baxımdan qardaş ölkədəki prezident və parlament seçkisinin Azərbaycan üçün də önəmli olduğu qənaətindəyəm. Ərdoğanın yenidən prezident seçilməsi taleyüklü məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol