
Cəsarət Hüseynzadə: Azərbaycanın QHT tarixində bu cür beynəlxalq miqyaslı tədbir ilk dəfədir keçirilir
13:09 28.04.2025
Aktual
834
Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur. Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında – COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir. Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Sherg.az-a bildirib ki, ümumilikdə Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu son illərdə özünü hər sahədə göstərir:

“Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına (QH) rəhbərli etdiyi dövrdən başlayaraq Azərbaycan dünyanın üçdə ikisini əhatə edən QH dövlətləri ilə sıx əməkdaşlıq edib. Bu dövlətlərin də əhali sayı və ərazisi kifayət qədər böyükdür. Azərbaycanın bütün sahələrdə artan nüfuzu vətəndaş cəmiyyətində də özünü birüzə verir. COP29 ərəfəsində belə dünyanın 140-a yaxın ölkəsini təmsil edən Qeyri-Hökümət Təşkilatı Cənub QHT Platformasını dəstəkləmişdi. Bu proses uğurla davam etdirildi və Azərbaycan Milli QHT Forumu sözügedən təşəbbüsün önündə gedənlərdən idi. Bu günkü konfrans beynəlxalq miqyaslı bir tədbirdir. Vətəndaş cəmiyyəti dünyada aparıcı mövqəyə malik olan bir struktur kimi tanınır. Onların hesabatları, qaldırdığı məsələlər dünyada dövlətlər tərəfindən qiymətləndirilir. Birləşmiş Millətlər Təşkilatı da bu prosesdə QHT-lər üçün əsas çıxışa malik olan qurum sayılır. Bu baxımdan Azərbaycanın bu günkü tədbirə ev sahibliyə etməsi və Azərbaycan QHT-ləri tərəfindən təşəbbüsün dəstəklənməsi bir daha bizim uğurumuzu göstərir. Azərbaycanın QHT tarixində bu cür beynəlxalq miqyaslı tədbir ilk dəfədir keçirilir. Sözügedən proses Azərbaycan QHT-lərinin özünə inamını bir daha subut edir. Cənab Prezident İlham Əliyev tərəfindən konfrans iştirakçılarına göndərilən müraciət xüsusi önəm daşıyır. Eyni zamanda Azərbaycan QHT-lərinə və vətəndaş cəmiyyətinə İlham Əliyevin münasibətini ehtiva edir. Konfrans sərçifəsində qəbul edilən qərarlar Latın Amerikası, Asiya, Afrika, Okeaniya kimi dövlətlərin həyatına müsbət təsir edəcək. Konfrans öz maştabına və keçirilmə səviyyəsinə görə beynəlxalq standartlara uyğundur. Tədbirdə yüzdən artıq ölkədən nümayəndə iştirak edib. Konfrans dünyada sülhlə və əməkdaşlıqla bağlı yeni imkanların yaranmasına töhfə verir. Azərbaycan xalqların irqindən, dinindən və cinsindən asılı olmayaraq bərabərliyini dəstəkləyir”.
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə