
“COP 29-dan qısa zaman sonra bu cür mötəbər konfransın keçirilməsi ölkəmizin uğurudur”-Elman Cəfərli
07:41 29.04.2025
Aktual
381
“Bakıda iki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfrans işə başlayıb. 116 ölkədən 200 nəfərə yaxın nümayəndənin iştirak etdiyi konfransda Qlobal Cənub QHT Platforması təsis olunub. Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini əhatə edən nəhəng bir hərəkat Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü ilə yaradılır".
Bu sözləri Sherg.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub QHT Platformasının təsis konfransı hər şeydən öncə beynəlxalq əhəmiyyətli hadisədir:

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29-dan qısa zaman sonra bu cür mötəbər konfransın keçirilməsi ölkəmizin uğurudur. Eyni zamanda bu tarixi bir toplantıdır və Azərbaycan vətəndaş cəmiyyətinin həyatında yeni səhifədir. Əslində bu durum son 4 ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin apardığı məqsədyönlü fəaliyyətin nəticəsi olaraq ortaya çıxıb. Son illər Azərbaycan Milli QHT Forumunun təşəbbüsü və öncüllüyü ilə Azərbaycan QHT-lərinin ciddi beynəlxalq əlaqələri yaranıb. Azərbaycan vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyi müşahidə edilir. Peşəkar, ciddi xarici əlaqələri olan, ümummili və qlobal problemləri beynəlxalq platformalara daşıya bilən bir vətəndaş cəmiyyəti formalaşmaqdadır. Qlobal Cənub QHT Platformasının da təsis olunması Azərbaycan QHT-lərinin uğuru kimi qiymətləndirilə bilər.
Azərbaycan QHT-ləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında-COP29 çərçivəsində keçirilən müzakirələrə qatıldı, qlobal iqlim dəyişikliyinin təsirinin yumşaldılması üzrə təşəbbüslərə dəstək verdi".
Müsahib əlavə edib ki, Qlobal Cənub QHT Platformasının yaradılması ideyası da COP29 çərçivəsində keçirilən toplantılarda ortaya çıxmışdı:
"COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdı. Bu niyyət 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda bəyan olunmuşdu".
Elman Cəfərlinin fikrincə, bu konfrans Azərbaycan vətəndaş cəmiyyəti institutlarına yeni beynəlxalq təcrübə və yeni əlaqələr qazandıracaq:
"120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edən ölkəmiz inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edib, mühüm qlobal təşəbbüslərlə çıxış edib.
Bu platformanın məhz Bakıda təsis olunması Qlobal Cənubun güclü səsinə çevrilən ölkəmizə verilən yüksək qiymətdir. Qlobal Cənub QHT Platforması inkişaf etməkdə olan ölkələrin haqq səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, hüquqlarının qorunması işinə böyük töhfə olacaq”.
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə