
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb -RƏY
13:17 13.05.2025
Aktual
530
Özünüləğv qərarı verən PKK terror təşkilatının Türkiyə, İraq, Suriya, Ermənistan və İranda yerləşən silahlı dəstələrinin İraqda təyin olunmuş nöqtələrdə toplanacağı məlum olub. Bu barədə “Haber7” mənbələrə istinadla məlumat yayıb. Türkiyə portalı bildirir ki, terror təşkilatının silahlı qanadı HPG daxilində ümumilikdə 13 minə yaxın terrorçu İraqın şimalındakı Sincar, Mahmur və Qəndil düşərgələrində bir araya gələcək. Türkiyə sərhədləri daxilindəki terrorçularla bağlı vəziyyət də aydınlaşıb. Ləğv qərarından sonra Türkiyədəki terrorçuların hamısının, sonuncuya qədər ölkə sərhədlərini tərk edəcəyi bildirilib. Türkiyədə 580 terrorçunun olduğu qeyd edilərkən, bu terrorçuların silahlarını təhvil vermələri üçün yaradılacaq təhlükəsiz dəhlizlərdən keçərək Şimali İraqa keçəcəkləri deyilir. Terror təşkilatı üzvlərinin təslim etdiyi bütün silahlar qeydə alınacaq. Silahların təhvil verilməsinin 3-4 ay ərzində başa çatdırılması gözlənilərkən, cinayətlərdə iştirak etməmiş PKK üzvlərinin pasportlarını daşıdıqları ölkələrə qayıdacaqları bildirilir. Bu çərçivədə, Türkiyənin təxminən 4 min vətəndaşının mərhələli şəkildə sərhəddə qəbul ediləcəyi qeyd olunur. PKK liderləri üçün vəziyyət fərqli qiymətləndirilir. Sayının 300 olduğu deyilən terror təşkilatının “idarə heyəti”nin ayrı-ayrı ölkələrə göndəriləcəyi vurğulanır. PKK lideri Abdullah Öcalan üçün heç bir yeniliyin olmadığı, İmralıda (həbsxanada) qalmağa davam edəcəyi iddia edilir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, əgər Ermənistan doğrudan da Azərbaycan və qardaş Türkiyə ilə sülh istəyirsə, PKK-nın silahsızlaşdırılması və özünü buraxması prosesinə töhfə verməyə borcludur:

“Yəni, biz bilirik ki, PKK-nın bütün mövcudluğu dövründə, hətta SSRİ vaxtı da Ermənistan onlar üçün bir plazdarm rolunu oynayıb. Eynilə ermənilərdən də PKK üçün istifadə edilib. İndi belə ermənilər PKK ilə birlikdə Türkiyə, Azərbaycan və bütün dünya türklüyünə qarşı qanlı mübarizə aparırlar. Belə bir şəraitdə qardaş Türkiyə məsələni kökündən həll edərkən, Ermənistan da xoş məram nümayiş etdirərək prosesə kömək göstərməlidir.
Yəni, öz ərazisindəki bütün PKK yönlü şəxslərlə yollarını ayırmalıdır. Türkiyə elə bir pəncərə açıb ki, buradan ciddi şəkildə nəfəs almaq olar. Bu nəfəs bundan sonra insanların normal həyat yaşamasına səbəb ola bilər. Bu bir növ Ermənistan üçün də şansdır ki, doğrudan da terrordan imtina edir, dinc yaşamağı seçir və qardaş Türkiyənin terrorçulara qarşı belə humanist yanaşmasını düzgün dəyərləndirir. Terrorçular hardasa qalmağa davam etsələr, qardaş Türkiyənin onların başını əzməsi çətin olmayacaq. Zatən PKK-nın özünü bıraxması da bununla bağlıdır. Türkiyə onları yetərincə küncə sıxışdırıb, onlar da bundan sonraki mərhələdə köklərinin kəsiləcəyini anladıqları üçün özlərini bıraxmaq məcburiyyətində qalıblar. Türkiyə dövlətinin mərhəməti çox böyükdür. İndiki şəraitdə bu mərhəməti düzgün qiymətləndirməyənlər, əlbəttə, çox böyük zərərə uğrayacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə