
Ermənistan kimi işğalçı dövlətin silahlandırılması region üçün sabitlik vəd etmir -TƏHLİL
09:14 29.11.2024
Aktual
731
Ermənistan son zamanlar durmadan silahlanmağa davam edir. Fransanın və Avropa İttifaqının Ermənistanın hərbi gücünü artırmaq istiqamətindəki səyləri, həm də Qərbin strateji maraqlarına xidmət edir. Fransa bir tərəfdən Ermənistanın hərbi gücünü artırmaqla Rusiyanı başqa cəbhələrə yönəltməyə çalışır, digər tərəfdən isə Ukraynada istədiklərinə nail ola bilməyən Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətindədir. Bu, Qərbin nəzərində Rusiya ilə mübarizədə əlavə üstünlük əldə etməyə xidmət edir. Ermənistanın silahlanma proqramı çərçivəsində, xüsusilə Fransadan, Hindistandan və Yunanıstandan aldığı silahlar, bu ölkələrin Ermənistanla hərbi əlaqələrini daha da möhkəmləndirir. Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək istəyi bu ölkənin Ermənistana dəstəyini daha da aydın şəkildə göstərir.
Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra dünya ölkələri hərbi xərclərini daha da artırmağa başladı:

“Dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli hissəsini silahlanmaya və hərbi potensialın artırılmasına yönəldilməsi Cənubi Qafqazda da real şəkildə görünməkdədir. Digər tərəfdən inkişaf etmiş və müasir silahlara əlçatanlığı ilə seçilən dövlətlər öz hərbi sənaye bazalarındakı köhnə silahları bir yolla inventardan çıxararaq, ən son texnologiyalarla əvəz edirlər. Bu tendensiya regionumuzda da özünü büruzə verir. Belə ki, Ermənistan hərbi xərclərini 1,7 milyard dollarına çatdırmağı planlaşdırır. Təbii ki, hər bir ölkənin müdafiə potensilanı artırması öz müstəqil qərarı olsa da, Ermənistan kimi işğalçı dövlətin bu prosesə qoşulması region üçün heç də sabitlik vəd etmir. Təqribən 3 ildən çoxdur davam edən sülh müzakirələri rəsmi İrəvanın destruktiv ritorikası, sürətli silahlanması səbəbindən son aylarda passiv mərhələyə qədəm qoyub. Bundan əlavə, Avropa İttifaqının (Aİ) müşahidəçilərinin Ermənistandakı mövcudluğu, ABŞ ordusunun nümayəndəsinin bu ölkədə fəaliyyətə başlaması, Qərbin siyasi və hərbi dəstək mexanizmlərini İrəvan üçün əlverişli hala gətirməsi və digər məsələlər Ermənistanı sülhdən yayındırır”.
Ekspert vurğulayıb ki, Ermənistanın uzun müddət əsas silah və sursat tədarükçüsü olan Rusiya ilə İkinci Qarabağ müharibəsindən sonra münasibətləri pisləşdiyi üçün başqa silah tədarükçüləri axtarışına çıxdı:
“Bu məqsədlə də son iki ildə Fransa və Hindistan ilə böyük silah müqavilələri imzaladı. Bu, həm də son illərdə Ermənistanın Qərbdə əsas hərbi dəstəkçisi rolunda çıxış edən Fransa ilə əməkdaşlığın məhsuludur.
Fransanın təşəbbüsü ilə son illərdə Ermənistan və Yunanıstanın arasında da oxşar proseslər başlanılıb. Belə ki, hər iki ölkənin müdafiə nazirləri hərbi əlaqələrin dərinləşdirilməsi barədə razılığa gəliblər. Onlar hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar ki, bu saziş digər məsələlərlə yanaşı, “üçüncü ölkələrdən” gətirilən müdafiə texnologiyalarının qarşılıqlı transferini və hərbi texnikanın təmirini nəzərdə tutur.
Belə ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias mart ayında İrəvana səfəri zamanı bildirmişdi ki, Hindistan və Fransa Yunanıstan və Ermənistanla “üçtərəfli və dördtərəfli” müdafiə əməkdaşlığı ilə məşğuldur. Bu barədə ətraflı məlumat verilməsə də, bəllidir ki, Ermənistana veriləcək silahlar Fransanın da fəal rol oynadığı əməkdaşlıq səylərinin tərkib hissəsidir. Ona görə də digər adı çəkilən dövlətlər Ermənistanla tarixi əlaqələri, ortaq dini mənsubiyyətləri və Türkiyənin Azərbaycana dəstəyinə qarşı mübarizədə öz qlobal və regional maraqlarını təmin etmək üçün fəaliyyətlərini davam etdirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə