
Ermənistanda revanşizm əhval-ruhiyyəsi: Paşinyan savaş istəyir?!
14:06 28.11.2024
Aktual
582
Qərbin dəstəyi və təhriki ilə Ermənistanın silahlanması davam edir. Ukrayna cəbhəsində istədiklərinə nail ola bilməyən Fransa və Avropa İttifaqı Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə yaratmaq istəyirlər. Bu mənada Azərbaycan və Ermənistan arasında yeni müharibənin başlaması isə, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və sülhün pozulmasına gətirib çıxaracaq. Bu, Qərbin növbəti planıdır. Digər tərəfdən Nikol Paşinyanın Ermənistandakı reytinqi getdikcə daha aşağı düşür. Baş Nazirin bunun qarşısını almaq üçün yeniliyə ehtiyacı var. İndiki zamanda da bu yeniliyi Azərbaycan üzərində kiçik də olsa, yeni qələbə qazanmaqda görür. Sözügedən prosesdə isə Ermənistan hakimiyyəti və Qərbin maraqları üst-üstə düşür.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a söyləyib ki, Ermənistan tərəfinin revanşizm əhval-ruhiyyəsi olması danılmazdır:

"Nikol Paşinyan özünü nə qədər "sülhsevər" kimi göstərsə də, əslində hamı bilir ki, Ermənistan həm Fransa, həm də Hindistandan silah alveri ilə məşğuldur. Lakin Ermənistanın Azərbaycanla müharibəyə başlamaq üçün heç bir potensialı yoxdur. Bu gün Ermənistan ordusunun vəziyyəti bərbad durumdadır. İqtisadiyyatda isə xaos davam edir. Həmçinin Ermənistan sürətlə gənc nəsli itirir. Cəmi bir neçə il bundan əvvəl məğlub olan Ermənistan Azərbaycan qarşısında nəsə edə bilməz. Həmçinin Qərbdəki qüvvələr Rusiya-Ukrayna müharibəsindən əvvəl Cənubi Qafqazda da münaqişə ocağı alovlandırmağa çalışa bilərlər. Lakin ölkəmizin balanslı xarici siyasəti və getdikcə siyasi çəkisinin artması nəticəsində Cənubi Qafqazda bundan sonra da sülh prosesi davamlı olacaq".
Aynur Babayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə