Ermənistanın qanunsuz seçilmiş eks-prezidentinə qarşı cinayət işi İstintaq Komitəsinə göndərilib
Yusif Nəzərli
09:44 23.04.2023
Aktual
403
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı cinayət işi ölkənin İstintaq Komitəsinə verilib.
“Report” xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Ermənistanın dördüncü prezidenti Armen Sarkisyana qarşı cinayət işi tabelik qaydasında İstintaq Komitəsinə göndərilib", - Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti iş üzrə istintaq hərəkətlərinin aparıldığını xəbər vermişdi.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan ötən il yanvarın 23-də istefa verib. O, bu qərarını lazımi səlahiyyətlərinin olmaması ilə əsaslandırıb. Sarkisyanın sözlərinə görə, bu, prezidentin siyasi proseslərə təsir göstərməsinə imkan vermir.
Ertəsi gün “Hetq.am” saytı Sarkisyanın prezident seçilməzdən əvvəl Karib hövzəsindəki kiçik Sent Kitts və Nevisin vətəndaşlığına malik olması barədə məlumat yayıb. Onun prezident seçilmək hüququ yox idi.
Nəşrin məlumatına görə, Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsindəki Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə