Hasan Oktay: Suriyanın ərazi bütövlüyünün təminatı Türkiyədir
10:15 09.12.2024
Aktual
685
Rusiya qoşunlarının Suriyadan təhlükəsiz çıxarılması üçün Türkiyədən dəstək istəyib. Bu barədə “Clash Reрort” mənbələrə istinadla məlumat yayıb.
Qeyd edək ki, Əsəd rejimini devirən “Heyət Təhrir əş-Şam” Rusiyanın Suriyadakı bazalarının təhlükəsizliyinə təminat verib. Bəşər Əsədin isə ailəsi ilə birgə Moskvaya sığındığı rəsmən təsdiqlənib.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, 13 ildir Əsəd hökumətinə qarşı mübarizə aparan qruplar nəhayət onu devirməyə müvəffəq olub:
“Burada İran və Rusiyanın Əsədə verdiyi dəstəyin onu ayaqda tutmağa kifayət etmədiyi və Əsədin Moskva və Tehran tərəfindən satıldığı fikrini ön plana çıxır. Ümumiyyətlə 7 oktyabr 2023-cü ildə İran və Rusiya İsrail-ABŞ ittifaqına qarşı Həmas ilə birlikdə hücum edərək əslində bu günlərin təməlini atmış oldu. 1991-ci ildə Sovetlərin dağılmasına bənzər mənzərə ilə qarşılaşdıq və Əsədin heykəllərinin sökülməsi Rusiya tərəfindən nəzərdə tutulmadığından rəsmi Moskva hələ də təəccübündən qurtulmayıb. Dünya Əsəd məsələsi ilə bağlı narahatlığını ifadə edərkən, Rusiya deyir ki, yeni çox dinli, məzhəbli, konfessiyalı sistem qurulmalıdır. Lakin İran və Rusiya Əsəd hakimiyyəti dövründə indi dediklərini etsəydilər belə hadisə yaşanmayacaqdı”.
Ekspert qeyd edib ki, Türkiyə Suriya ilə ən uzun sərhədə malik olduğu üçün Suriyada baş verən terror aktlarının Türkiyəyə də təsir etməməsi üçün Fərat çayının şərqində 30 km-lik bir xətt yaradılıb:
“Muxtar bölgə və ya müstəqil dövlət fenomeni Türkiyə tərəfindən qəti şəkildə qəbul edilməyəcəyi üçün Suriyanın ərazi bütövlüyünün təminatı Türkiyədir. Türkiyənin əlaqələri olan Suriya milli ordusu hazırda Mənbicdə PKK-ya qarşı əməliyyat aparır. Bu əməliyyatın Türkiyənin rəhbərliyi altında həyata keçirildiyi iddialar doğru hesab oluna bilər. Çünki Türkiyə yanvarın 20-də Tramp hakimiyyətə gələnə qədər Suriyanın şərqindəki bu və buna bənzər terror bölgələrini məhv edəcək. Ona görə də həm HT, həm də Suriya milli ordusu Türkiyədən dəstək almalıdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və demokratik humanitar konstitusiya quruluşu ilə bağlı regionun ən təcrübəli ölkələrindən biridir. Suriyada yeni dövrdə Türkiyənin təcili müdaxilə etməsi lazımdır ki, münaqişələr dayandırılsın, gündəlik həyat normallaşsın və dövlət mexanizmi düzgün işləyə bilsin. Həmçinin 5 milyona yaxın suriyalı mühacirin sağlam şəkildə vətənlərinə qayıtmasını təmin etmək də Türkiyənin prioritetləri sırasındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya