“Həcc ziyarəti boykot edilsin” - Qiymət şişirdilir!
Yusif Nəzərli
11:56 17.03.2023
Aktual
665
Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib. Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dollardır (9 775 AZN). Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək. Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq. Həcc ziyarətinəpandemiya səbəbindən 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Yaş məhdudiyyəti aradan qaldırılsa da, zəvvarlardan COVID-19 pasportu tələb olunacaq. Qeyd edək ki, bu məbləğ ötən il 5350 dollar idi.
Həcc ziyarət paketinin qiymətinin yüksəlməsi ilə bağlı "Sherg.az"a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, məbləğin fantastik olması düzgün deyil:
"Bunu insanlar xoş qarşılamır. Qeyri-müsəlmanların belə tənqid hədəfinə çevrilir. Hesab edirəm ki, qiymətləri təyin etmək Həcc ziyarətini həyata keçirən dövlətin müvafiq qurumunun nəzarətindədir. Qafqaz Müsəlmanları İdarəsi ilə birgə qiymətlərlə bağlı ortaq qərara gəlirlər.
Tənqid olunmalıdır. Hətta insanlar Həcc ziyarətinə getməsinlər, boykot etsinlər. Həcc ziyarəti azərbaycanlı, müsəlman vətəndaşlar üçün vacib deyil.
Çünki ölkəmizdə kifayət qədər sosial problemi ağır, ac-yalavac insanlar var. Peyğəmbərimiz deyir, qonşusu ac ola-ola tox yatan məndən deyil. Ətrafımızda sosial problemli insanlar olduğu halda, 10 min pul verib Həcc ziyarətinə getməyə nə lüzum var? Həddən artıq böyük məbləğdir. "Qurani-Kərim"də də israfçılığa yol vermək günah sayılır.
Həmin məbləğin süni şəkildə artırıldığını hamı bilir. Amerikaya getsək heç o qədər xərc çıxmaz. Deməli, müəyyən maraqlar güdülür, tamahkarlıqdır. Görünür, kimlərsə ziyarətdən sui yararlanaraq pul qopartmaq niyyətindədir.
Buna alət insanlar da, həmin şəxslərə xidmət göstərmiş olur. Qiyməti artırmaq günahdır. İnsanlar da havayı yerə yüksək məbləği ora verməsinlər ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual