İlham İsmayılov: “Ankarada keçirilən Zirvə görüşü Türk Dünyasının bütövlüyünü və gücünü bir daha göstərmiş oldu”
Yusif Nəzərli
04:42 17.03.2023
Aktual
744
Xəbər verdiyimiz kimi, bu gün martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmən xalqının Milli Lideri və Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliev iştirak etmişlər.
Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş əsrin ən dəhşətli zəlzələsi ilə əlaqədar Azərbayacn Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Bütün türk dövlətləri İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirərək, Ankarada IX dəfə bir araya gəldilər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, bu Zirvə görüşü fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələdən sonra Türk Dünyasının bu səviyyədə bir araya gəlməsi yüksək səviyyədə qardaş dəstəyini göstərmək, Türkiyənin acısını paylaşmaq, birlik-bərabərlik içərisində olduğumuzu bir daha nümayiş etdirməkdir: “Zəlzələ baş verən gündən başlayaraq Türk Dünyası zatən ayaqda oldu və qardaş köməyi altında hər cür dəstək verildi. Demək olar ki, Türkiyəyə ən çox texniki, maddi və mənəvi köməkliklər də Azərbaycan başda olmaqla, həmin qardaş Türk Dövlətlərindən oldu. Bu Zirvə görüşü vaxt və məkan baxımından da olduqca əhəmiyyət daşıyır. Bilirsiniz ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək. Ağır zəlzələnin fəsadları ölkədə müəyyən qədər psixoloji gərginliklər yaradıb, siyasi atmosferdə müəyyən bəlirsizlik hökm sürür. Belə bir məqamda Türk Dövlət başçılarının Ankarada bir araya gəlməsi, Türk Dünyası üçün hədəflərin yenidən səsləndirilməsi, həm də Türkiyənin mövcud iqtidarına bir dəstək mesajı ifadə edirdi”.
İlham İsmayılov Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Zirvə görüşünün nəticələrinə dair liderlərin imzaladığı 16 bəndlik birgə bəyannaməni şərh edərkən bildirib ki, təşkilat daxilində bütün sahələr üzrə əməkdaşlıq və birgə fəaliyyət daha əvvəllərdə də mövcud olmuşdur: “Ankarada keçirilən zirvə görüşü Türkiyədə baş vermiş zəlzələdən sonra həm də təşkilata üzv ölkələrin daxilində baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmələri və Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin gələn ilki Zirvə görüşündə imzalanması olacaq.Hesab edirəm ki, bu istiqamətdə işlərin koordinasiyalı şəkildə görülməsi, gələcəkdə Türk Dövlətlərində baş verə biləcək təbii fəlakətlərin idarə olunması və aradan qaldırılmasında əsas rol oynayacaq”.
ATXƏM-in sədri Türk Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını xüsusi qeyd edərək, bildirib ki, qardaş Türk dövlətlərinin birgə inkişafı və bir-birinə iqtisadi dəstək baxımından bu olduqca vacib məsələdir.
İlham İsmayılov Ankara Bəyannaməsində Türk Dövlət Başçılarının Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyən bəndin salınmasını da yüksək qiymətləndirib: “Bu bəndin ayrıca bir şəkildə bəyannaməyə salınması bu məqamda olduqca vacib məsələdir. Hesab edirəm ki, bununla TDT üzv dövlətlər həm də İranın son həmlələrinə bir cavab vermiş oldular və Azərbaycanla birlik bərabərlik içərisində olduqlarını ifadə etdilər. Ümumilikdə isə bu Zirvə görüşü Türk Dünyasının bütöv və güclü bir şəkildə varlığını bir daha göstərmiş oldu”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşünün 2023-cü ilin oktyabrında Qazaxıstan Respublikasının Türküstan şəhərində keçiriləcəyinə dair qərar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya