İran uzun illər ərzində ölkəmizdə çoxlu “minalar” basdırıb
Yusif Nəzərli
14:25 08.03.2023
Aktual
521
Bu prosesə hüquq-mühafizə orqanlarımız çox ciddi hazır olmalıdır
“Peşəkar səviyyədə bütün potensial təhlükə mənbələri ən qısa müddətdə müəyyənləşdirilərək zərərsizləşdirilməlidir"
"Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil". Bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, bu gün əsas hədəf və niyyət müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaqdır: "Bu məqsədlə İran bir neçə istiqamətdə ciddi iş aparır. İran Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarını daha da gücləndirmək üçün bütün potensialını ortaya qoyub. Əvvəl də qeyd etmişdim ki, mərhum Hacı Şahinin bir sıra məsələlərdə Azərbaycan hökumətinin mövqeyini dəstəkləməsi, səfirliyə təşkil olunan hücumu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğururdu. İranın yanaşması belə idi ki, Hacı Şahinin bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək "xəyanətdə "və "hakimiyyətə işləməkdə" günahlanıdırlırdı. Bu təbliğat, ona qarşı psixoloji təzyiqlər son illər davamlı xarakter almışdı. İran yenidən Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq üçün bütün gücünü və potensialını ortaya qoyub. Yeni tezis isə belədir. Bütün ixtilaflar kənara qoyulmalı, Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir. Burada həm də yeni taktikadan istifadə olunur".
C.Məmmədov vurğulayıb ki, əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qruplar indi yeni yanaşma nümayiş etdirirlər: "Onun elektoratını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər.
Biz nə etməliyik? Dini fəaliyyət sahəsində islahatları daha da sürətləndirməliyik. Ən qısa müddətdə Məşədi Dadaş məscidinə mötədil mövqeyə malik nüfuzlu şiə din xadimi təyin etməliyik. Eyni zamanda bu prosesi Bakıda və bölgələrdə fəaliyyət göstərən digər şiə məscidlərində də sürətləndirməliyik. Əks halda sonrakı günlərdə prosesləri idarə etmək çox çətin olacaq. Hazırkı məqamda hadisələri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq çox önəmlidir. Paralel olaraq İran Azərbaycanla bağlı hədəflərinə nail olmaq üçün bir neçə istiqamətdə də ciddi iş aparır. Yeni planlardan biri də daxildə sabitliyi pozmaq və Azərbaycanın güclənməsinin qarşısını almaq üçün müxtəlif yerlərdə ardıcıl terror hadisələri törətməkdir. İran uzun illər ərzində ölkə ərazisində çoxlu minalar basdırıb. Bu prosesə hüquq-mühafizə orqanlarımız çox ciddi hazır olmalıdır. Peşəkar səviyyədə bütün potensial təhlükə mənbələri ən qısa müddətdə müəyyənləşdirilərək zərərsizləşdirilməlidir".
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya